“Türk dünyasının birliyi ideyası və Heydər Əliyev” mövzusunda layihə həyata keçirilir
Bakı, 9 may (AZƏRTAC). “Türk Dünyası İnfo” İctimai Birliyi (TDİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türk dünyasının birliyi ideyası və Heydər Əliyev” mövzusunda layihənin icrasına başlamışdır.
İctimai Birliyin sədri Dəyanət Osmanlı AZƏRTAC-a bildirmişdir ki, layihə əsasən orta və ali təhsil müəssisələrində oxuyan yeniyetmə və gənclərə ünvanlanmışdır.
Qurumun sədri demişdir ki, layihə çərçivəsində “Türk birliyi ideyası: dünən, bu gün, sabah” mövzusunda konfrans təşkil ediləcəkdir. Bundan əlavə, türk dünyasının böyük dövlət və ictimai-siyasi xadimi Heydər Əliyevin həyat və fəaliyyəti əsasında türk birliyi, türk mədəni birliyinin əsasları istiqamətində görülmüş işlərə nəzər salınacaq, araşdırma və ümumiləşdirmələrin nəticəsi olaraq “Türk dünyasının birliyi ideyası və Heydər Əliyev” adlı kitab nəşr ediləcəkdir. Bu kitabda, həmçinin türk birliyi siyasətinin Prezident İlham Əliyev tərəfindən bu gün yeni bir dinamika ilə davam etdirilməsi də əks olunacaqdır.
Hazırda dörd ay müddətinə həyata keçiriləcək layihənin icrası məqsədilə uyğun materiallar üzərində iş aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]