Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının güclənməsi ölkələrimizin mövqelərinin möhkəmlənməsinə stimuldur
İstanbul, 30 dekabr, AZƏRTAC
Türkiyə Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) sədri Rəcəb Tayyib Ərdoğan TDƏŞ-in baş katibi Ramil Həsənovu qəbul edib.
Görüşdə TDƏŞ-in fəaliyyət istiqamətlərindən bəhs edən R. Həsənov 2015-ci ildə qurumun Astanada keçiriləcək V Zirvə toplantısına hazırlıq işləri barədə məlumat verib. Baş katib diqqətə çatdırıb ki, növbəti Zirvə toplantısına təşkilata üzv olmayan ölkə başçıları da dəvət edilib.
Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının güclənməsi türkdilli ölkələrinin beynəlxalq təşkilatlardakı mövqelərinin möhkəmlənməsinə ciddi stimuldur. Türkiyənin dövlət başçısı TDƏŞ-in BMT və İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin qurulmasını, o cümlədən Şuranın üzvü olan ölkələrin Kiyevdə ilk xarici nümayəndəliyinin açılmasını yüksək dəyərləndirib.
Sonda baş katib R.Həsənov TDƏŞ-in bayrağını Prezident Rəcəb Tayyib Ərdoğana hədiyyə edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:46]
Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir
- 28.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 28 sentyabr
- 27.09.2026 [23:11]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]