TÜRKDİLLİ ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARININ VƏ TACİKİSTAN PREZİDENTİNİN BİRGƏ GÖRÜŞÜ
Daşkənd Zirvə görüşü barədə öz mülahizələrini bildirən dövlət başçıları ölkələrimizin və xalqlarımızın tarixi dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, dünya iqtisadi birliyi ilə əlaqələrin genişləndirilməsi sahəsində qarşıya çıxan bir sıra məsələlərin həlli üçün böyük əhəmiyyətə malik olan bu forumun gələcək nəticələri barədə fikir mübadiləsi apardılar.
Prezidentlər regionda sərfəli nəqliyyat sistemlərinin işə salınması, xüsusən Transqafqaz dəhlizindən istifadə olunması, TRASEKA layihəsinin həyata keçirilməsi, ümumdünya maliyyə və bank qurumları ilə əlaqələrin daha da canlandırılması, təbii sərvətlərin işlənməsi, enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması və digər məsələləri müzakirə etdilər.
Söhbət zamanı terrorizm və separatçılıq halları qətiyyətlə pislənildi, bölgədə davam edən münaqişələrin aradan qaldırılmasının, sülhün, əmin-amanlığın bərqərar olunmasının vacibliyi qeyd edildi.