“TÜRKİYƏ-AZƏRBAYCAN QARDAŞLIĞI PARKI”NIN TƏNTƏNƏLİ AÇILIŞI
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ceyhan şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan “Türkiyə-Azərbaycan qardaşlığı parkı”nın təntənəli açılışında iştirak etdilər.
Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan türk dünyasının dahi şəxsiyyətləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin parkda ucaldılmış abidələri önünə gül dəstələri qoydular.
Mərasimi Ceyhan bələdiyyəsinin başçısı Hüseyn Sözlü açdı.
Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan çıxış etdilər.
Sonra Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri parkla tanış oldular.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:52]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.10.2026 [16:30]