DÜNYA
Türkiyə MN: Ankara və Bağdad terrorizmlə mübarizə tədbirlərini sıx əlaqələndirirlər
Ankara, 13 mart, AZƏRTAC
Türkiyə Milli Müdafiə Nazirliyi İraq hakimiyyəti ilə terrorizmlə mübarizə tədbirlərinin sıx şəkildə əlaqələndirildiyini bildirib.
AZƏRTAC Türkiyə Müdafiə Nazirliyinə (MN) istinadla xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin 2-ci Ordu komandanı, general Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti İraq rəsmiləri ilə görüş keçirib.
“Görüş İraqın şimalındakı Pəncə-Kilid antiterror əməliyyatı zonasında keçirilib. İraq vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əlavə tədbirlərin görülməsi məsələlərinə xüsusi diqqət yetirilib”, - deyə Türkiyə Müdafiə Nazirliyindən bildirilib.
İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatları, həmçinin Türkiyə sərhədində terror təhdidlərinə qarşı mübarizə istiqamətində fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [18:03]
Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır
- 03.05.2024 [17:42]
Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var
- 03.05.2024 [17:08]
Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]