Türkiyə neft idxalını artırıb
Bakı, 27 iyul, AZƏRTAC
Türkiyənin xam neft idxalı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, mayda Türkiyənin neft və neft məhsulları idxalı ötən ilin eyni ayına nisbətən 13,7 faiz artaraq 3 milyon 969 min 330 ton olub. Ay ərzində xam neft idxalı isə 48,22 faiz çoxalaraq 2 milyon 671 min 510 ton təşkil edib.
Türkiyə mayda Rusiyadan 885 min 738 ton, İraqdan 757 min 448 ton, İrandan isə 390 min 991 min ton neft alıb.
Qeyd edək ki, Türkiyə ötən il 38 milyon 711 min ton, 2017-ci ildə 42,7 milyon ton, 2016-cı ildə 40 milyon ton, 2015-ci ildə 39,6 milyon ton, 2014-cü ildə 32,6 milyon ton və 2013-cü ildə isə 18,6 milyon ton neft və neft məhsulları idxal edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]