Türkiyə Respublikasının 9-cu Prezidenti Zati-aliləri cənab Süleyman Dəmirələ
Hörmətli Süleyman Dəmirəl,
Həyat yoldaşınız, ömür-gün dostunuz Nəzmiyə xanımın vəfatı xəbəri bizi son dərəcə kədərləndirdi.
Sizinlə birlikdə çiyin-çiyinə böyük həyat yolu keçmiş Nəzmiyə xanım həmişə yanınızda olmuş, ölkənizin çiçəklənməsi və xalqınızın rifahı naminə çətin və məsuliyyətli fəaliyyətinizdə Sizə mənəvi dəstək vermişdir. O, həm də Azərbaycanın yaxın dostu və sevimlisi idi.
Bu ağır anlarda mən və Mehriban xanım Sizə dərin hüznlə başsağlığı verir və səbir diləyirik.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 28 may 2013-cü il.