Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏRİN AZƏRBAYCANA İŞGÜZAR SƏFƏRİ

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dəvəti ilə Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması mərasimində iştirak etmək üçün sentyabrın 17-də respublikamıza iki günlük işgüzar səfərə gəlmişdir.

Binə beynəlxalq hava limanı Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilmişdi.

Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyə Prezidenti Əhməd Necdət Sezəri təyyarənin pilləkəni yanında böyük mehribanlıqla qarşıladı. Milli geyimli qız və oğlan dost və qardaş ölkənin dövlət başçısına gül dəstələri təqdim etdilər.

Türkiyə Prezidentinin ölkəmizə işgüzar səfərə gəlməsi münasibəti ilə uçuş meydanında fəxri qarovul dəstəsi düzülmüşdü. Prezidentlər Heydər Əliyev və Əhməd Necdət Sezər fəxri qarovul dəstəsinin önündən keçdilər. Türkiyə dövlətinin başçısı Azərbaycan əsgərlərini salamladı.

Sonra Azərbaycanın dövlət və hökumət xadimləri Türkiyə Prezidentinə, türkiyəli qonaqlar isə Azərbaycan dövlətinin başçısına təqdim olundu.

Dövlət başçıları hava limanının ali qonaqlar otağında hər iki tərəfi maraqlandıran məsələlər barədə qısa fikir mübadiləsi apardılar.

X X X

Baş nazirin müavini Abid Şərifov, Prezidentin İcra Aparatının şöbə müdiri Novruz Məmmədov, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Türkiyənin ölkəmizdəki səfiri Əhməd Ünal Çeviköz, Azərbaycanın Ankaradakı səfiri Məmməd Əliyev və digər rəsmi şəxslər qarşılayanlar arasında idilər.

Rəsmi qarşılanmadan sonra Türkiyə Prezidenti Əhməd Necdət Sezər onun üçün ayrılmış iqamətgaha yola düşdü.

GÜRCÜSTAN PREZİDENTİ EDUARD ŞEVARDNADZENİN AZƏRBAYCANA İŞGÜZAR SƏFƏRİ

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dəvəti ilə Gürcüstan Prezidenti Eduard Şevardnadze Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması mərasimində iştirak etmək üçün sentyabrın 17-də respublikamıza iki günlük işgüzar səfərə gəlmişdir.

Binə beynəlxalq hava limanı Azərbaycanın və Gürcüstanın dövlət bayraqları ilə bəzədilmişdi.

Azərbaycan Prezidenti Heydər Əliyev Gürcüstan Prezidenti Eduard Şevardnadzeni təyyarənin pilləkəni yanında böyük mehribanlıqla qarşıladı. Milli geyimli qız və oğlan dost və qonşu ölkənin dövlət başçısına gül dəstələri təqdim etdilər.

Gürcüstan Prezidentinin ölkəmizə işgüzar səfərə gəlməsi münasibəti ilə uçuş meydanında fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Heydər Əliyev və Eduard Şevardnadze fəxri qarovul dəstəsinin önündən keçdilər. Gürcüstan dövlətinin başçısı Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət xadimləri Gürcüstan rəhbərinə, gürcüstanlı qonaqlar isə Azərbaycan Prezidentinə təqdim olundu.

Prezidentlər hava limanının ali qonaqlar otağında hər iki ölkəni maraqlandıran məsələlər haqqında qısa fikir mübadiləsi apardılar.

X X X

Baş nazirin müavini Abid Şərifov, Prezidentin İcra Aparatının şöbə müdiri Novruz Məmmədov, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Gürcüstanın ölkəmizdəki səfiri Zurab Qumberidze, Azərbaycanın Tbilisidəki səfiri Hacan Hacıyev və digər rəsmi şəxslər qarşılayanlar arasında idilər.

Rəsmi qarşılanmadan sonra Gürcüstan Prezidenti Eduard Şevardnadze onun üçün ayrılmış iqamətgaha yola düşdü.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRKİYƏ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏR İLƏ TƏKBƏTƏK GÖRÜŞÜ

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ölkəmizə işgüzar səfərə gəlmiş Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezəri sentyabrın 17-də Prezident sarayının önündə səmimiyyətlə qarşıladı.

Sonra Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyə Prezidenti Əhməd Necdət Sezər ilə təkbətək görüşü oldu.

Ali qonağı hörmətlə salamlayan dövlətimizin başçısı Heydər Əliyev onun dəvətini qəbul edərək, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisinin təməlinin qoyulması mərasimində iştirak etmək üçün Bakıya səfərə gəldiyinə görə Prezident Əhməd Necdət Sezərə təşəkkürünü bildirdi.

Qardaş ölkənin dövlət başçısının Azərbaycana səfərini yüksək qiymətləndirən respublikamızın Prezidenti Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisinin başlanması mərasimində birgə iştirak edəcəklərindən məmnunluqla söhbət açdı.

Prezident Heydər Əliyev “Əsrin müqaviləsi”nin reallaşması çərçivəsində əsas mərhələ olan ixrac boru kəmərinin tikintisinə başlanmasının siyasi, iqtisadi, mədəni, humanitar sahədə xüsusi əhəmiyyət daşıdığını vurğuladı.

Azərbaycana səfərə dəvətə və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən, 2002-ci ilin iyul ayında İstanbulda və Ankarada Prezident Heydər Əliyev ilə keçirdiyi görüşləri və apardığı danışıqları yüksək qiymətləndirən Prezident Əhməd Necdət Sezər dövlətimizin başçısı ilə yenidən görüşmək imkanından çox məmnun qaldığını söylədi.

Türkiyə Prezidenti Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin reallaşdırılmasında, eləcə də Xəzərin Azərbaycan sektorundakı enerji ehtiyatlarının dünyanın nüfuzlu dövlətlərinin iri neft şirkətləri ilə birgə işlənilməsi, hasil olunan neftin dünya bazarına ixracı sahəsində Prezident Heydər Əliyevin müstəsna xidmətlərini, cəsarətli və qətiyyətli addımlarını yüksək qiymətləndirdi. Cənab Əhməd Necdət Sezər Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də reallaşacağına əmin olduğunu bildirdi.

Azərbaycan-Türkiyə əməkdaşlığının möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan prezidentlər bölgədə mövcud olan problemlər barədə geniş fikir mübadiləsi apardılar, qardaş ölkələrimizin bütün məsələlər barədə eyni mövqedə olduqlarını bir daha nəzərə çarpdırdılar.

Ölkələrimizin bütün sahələrdə qarşılıqlı surətdə faydalı əlaqələrinin strateji xarakter daşıdığını, Azərbaycan ilə Türkiyənin qardaşlığının əbədi və sarsılmaz olduğunu bir daha vurğulayan dövlət başçıları bildirdilər ki, hər iki dövlət iqtisadi, siyasi, sosial, mədəni və humanitar sahədə əməkdaşlığın daha da inkişafı üçün öz səylərini əsirgəməməlidir.

Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə bölgədə vəziyyət və hər iki tərəfi maraqlandıran bir sıra məsələlər barədə də müzakirələr aparıldı.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN VƏ TÜRKİYƏ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏRİN NÜMAYƏNDƏ HEYƏTLƏRİNİN  İŞTİRAKI İLƏ GÖRÜŞÜ

Sentyabrın 17-də Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezərin nümayəndə heyətlərinin iştirakı ilə görüşü keçirilmişdir.

Dövlətimizin başçısı HEYDƏR ƏLİYEV Türkiyə Prezidentinə və onu müşayiət edən nümayəndə heyətinin üzvlərinə müraciətlə dedi:

-Hörmətli Cümhur başqanı!

Hörmətli qonaqlar!

Azərbaycana xoş gəlmisiniz, səfa gətirmisiniz. Qardaş ölkəmiz Türkiyədən Azərbaycana hər dəfə hər bir heyətin gəlməsi bizim üçün böyük hadisədir. Cümhur başqanının gəlməsi, onunla bərabər nümayəndə heyətinin gəlməsi ən böyük hadisədir. Mən buna görə çox təşəkkür edirəm.

Hörmətli Cümhur başqanı, təşəkkür edirəm ki, Siz mənim dəvətimi qəbul etmisiniz, gəlmisiniz və sizinlə bərabər 8 il bundan öncə başladığımız işin son mərhələsini tamamlayacaq, yəni Bakı-Tbilisi-Ceyhan boru xəttinin inşasının başlanmasının təməlini qoyacağıq. Biz bu işi bir yerdə aparmışıq və 1994-cü ildə müqaviləni imzalayanda orada yazmışdıq ki, Xəzər nefti buradan Türkiyəyə gedəcəkdir, Ceyhana gedəcəkdir. Gürcüstandan keçib gedəcəkdir.

Bilirsiniz, bu illər bizim problemlərimiz olubdur. Onun əleyhinə çıxanlar, ona mane olmaq istəyənlər olubdur. Ancaq biz bu maneələrin hamısını aşmışıq, bu günə gəlmişik. İndi layihə hazırdır, hər şey hazırdır, sabah təməli bir yerdə qoyacağıq. Ona görə, hesab edirəm ki, bu, Türkiyə üçün də, Azərbaycan üçün də çox böyük bir işdir, böyük bir layihədir və bizim ölkələrimizi bir-birinə təkcə iqtisadi cəhətdən yox, siyasi cəhətdən bağlayan bir boru xəttidir. Cənubi Qafqazda təhlükəsizliyin yaranması üçün çox böyük bir amildir. Ona görə bunun mənası təkcə ondan ibarət deyil ki, buradan neft harasa gedəcəkdir. Bu, böyük iqtisadi məsələdir, amma mənası daha da böyükdür.

Hesab edirəm ki, biz başqa işlərdə də, amma xüsusən bu işdə həmişə bir yerdə olmuşuq, bir yerdə çalışmışıq və bir yerdə də bunun təməl daşını atmalıyıq. Biz sonra bunun inşasını Azərbaycanda, Gürcüstanda aparacağıq. Siz isə “Botaş” şirkəti vasitəsilə Türkiyədə aparacaqsınız. Gün o gün olacaq ki, 2005-ci ildə kəmər hazır olacaq, biz gəlib sizinlə ona buradan baxıb, sonra uçub Ceyhana gedəcəyik. Ceyhanda neftin oraya gəlməsini görəcəyik və bayram edəcəyik.

Xoş gəlmisiniz!

Dövlətimizin başçısına minnətdarlıq edən Prezident ƏHMƏD NECDƏT SEZƏR dedi:

-Cox hörmətli Cümhur başqanı!

İki ildən sonra yenidən Azərbaycanda, Bakıda olmaqdan böyük məmnuniyyət hissi duyuram. Buraya gəldiyimiz andan bizə göstərdiyiniz böyük qonaqpərvərliyə görə öz adımdan və nümayəndə heyəti adından Sizə dərin təşəkkürümü bildirirəm.

Ötən illər ərzində Trabzonda və İstanbulda Sizinlə iki dəfə bir yerdə olduq. Bir az öncə təkbətək görüşdə oktyabrın 14-də İstanbulda keçiriləcək EKO-nun zirvə toplantısında iştirak edəcəyinizi də məmnuniyyətlə öyrəndim. Təxminən bir aydan sonra yenidən bir yerdə olacağıq.

Sizin də qeyd etdiyiniz kimi, istər ölkələrimizin, istərsə də bölgədə yaşayan xalqların sabitliyi və təhlükəsizliyinə böyük kömək olacaq Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin sabah təməlini qoyacağıq. Uzun illər davam edən bu işin son nöqtəyə çatmasında ən böyük pay sahiblərindən biri Sizin kişiliyiniz, şəxsiyyətinizdir. Bu baxımdan bölgə xalqları bu iqtisadi layihənin həyata keçirilməsində göstərdiyiniz qayğı və dəstəyə görə həmişə Sizə minnətdarlıq hisslərini bildirəcəklər. Buna əmin ola bilərsiniz.

Siz bu böyük layihə barədə “Üç dənizin əfsanəsi” konfransında demişdiniz ki, arzularımız var. Artıq bu arzu, xəyal deyildir. Çünki Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri xəyal olmaqdan çıxdı və artıq gerçəkləşdi. Həqiqətən, sabah bunun real gerçəkliyini gözlərimizlə görəcəyik. İnşallah, bundan sonra digər xəyalların da reallaşması üçün çalışacağıq. Azərbaycan və Türkiyə indi xəyal kimi görünən digər bir layihəni, bir az öncə haqqında söhbət etdiyimiz Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisini həyata keçirəcəkdir. Bu layihəni də həyata keçirmək üçün hər iki tərəfin böyük fəaliyyət göstərəcəyinə inanıram.

HEYDƏR ƏLİYEV: Təşəkkür edirəm. Hörmətli Cümhur başqanı, biz Sizinlə indi təkbətək söhbət etdik, bir çox məsələlər haqqında fikir mübadiləsi apardıq. Həmişə olduğu kimi, bu dəfə də fikirlərimiz eynidir və Türkiyə-Azərbaycan əlaqələri, yaxud bizim bölgədə olan problemlərin hamısı barədə eyni dünya görüşümüz, eyni baxışlarımız var. Bu da Türkiyə ilə Azərbaycan arasında olan dostluq, qardaşlıq əlaqələrinin təzahürüdür. Biz bu əlaqələri çox yüksək qiymətləndiririk. Onların bütün sahələrdə - iqtisadi, siyasi sahədə, sosial, mədəni sahədə, humanitar sahədə daim inkişaf etməsi üçün biz öz səylərimizi göstəririk və bundan sonra da göstərəcəyik. Dəfələrlə demişəm - bizim dostluğumuz əbədidir, sarsılmazdır. Bu, belə də olacaqdır. Mən hər dəfə bunu təsdiq edirəm. Çünki zaman keçdikcə kimsə düşünər ki, bəlkə bu, belə deyildir. Ona görə bu, elə bir şeydir ki, bunu ardıcıl surətdə təsdiq etmək lazımdır ki, xalq da bilsin, dünya da bilsin, dövlətlər də bilsin.

ƏHMƏD NECDƏT SEZƏR: Hörmətli Cümhur başqanı, təbii, ölkələrimiz arasında, iki qardaş ölkə arasında siyasi sahədə heç bir problem yoxdur. Ancaq iqtisadi və ticarət əlaqələri yetərli səviyyədə deyildir. Bunu inkişaf etdirmək məcburiyyətindəyik. Bunu inkişaf etdirmək üçün də hər iki tərəfin müştərək fəaliyyət göstərməsi vacibdir. Mən keçən ilin statistikasına baxdım. 2001-ci ilin ticarət həcmi ilə 2002-ci ilin ticarət həcmi arasında on bir faiz azalma var. Bildiyiniz kimi, Türkiyə iş adamlarının burada qoyduğu sərmayə 23 milyon dollar həcmindədir. Bunun daha da artırılmasını istəyirik, iş adamlarımızı buna cağırırıq. Ancaq iş adamlarımızın xarici sərmayənin təşviqi, vergi, gömrük sistemləri, hətta nəqliyyat və bank sistemində müəyyən sıxıntılı anları vardır. Biz bu sıxıntıların aradan qaldırılması üçün buraya mütəxəssislər göndərib bu sahədə müəyyən işlərə yardımçı ola bilərik.

HEYDƏR ƏLİYEV: Ola bilər. Ancaq demək istəyirəm ki, Bakı-Tbilisi-Ceyhan boru xətti ilə əlaqədar sabah terminalı görəcəyik. Türkiyənin “Tekvem” şirkəti 70 milyon dollarlıq bir müqavilə əldə edibdir. Orada işləyəcəkdir. Digər şeylər də var.

ABİD ŞƏRİFOV \baş nazirin müavini\: Cənab Prezident, “Şimal” elektrik stansiyasına boru xəttinin tikilməsini də biz Türkiyə şirkətinə vermişik.

HEYDƏR ƏLİYEV: Verilib, nə qədərdir?

ABİD ŞƏRİFOV: Haradasa, 50 milyon dollara yaxındır. Amma bilavasitə Sizin göstərişinizlə istər Naxçıvanda hava limanının yenidən qurulması, təxminən 22-23 milyon dollar həcmində,- istərsə də, Vayxır su elektrik stansiyası da...

HEYDƏR ƏLİYEV: Türk iş adamlarına verilibdir.

ABİD ŞƏRİFOV: Bəli.

Cənab Cümhur başqanı, demək istəyirəm ki, o türk şirkətləri ki, Azərbaycanda ihalə ilə pul qazanırlar, bu, siz söylədiyiniz rəqəmə girmir. Bakı-Qazıməmməd yolunu da türk şirkəti tikir.

HEYDƏR ƏLİYEV: Mən gördüm, gözəl bir yol çəkilir. Türk şirkəti çəkir. Nə qədərdir, 40 milyon?

ABİD ŞƏRİFOV: Cənab Prezident, 27 milyon dollardan çoxdur.

HEYDƏR ƏLİYEV: Burada 27 milyon dollarlıq yol tikirlər. İndi bunu mənə xatırlatdı. Mən 20 gün bundan öncə Naxçıvana getmişdim. Naxçıvanda hava limanının tikilməsinə qərar verdim. Təxminən 20-22 milyon dollar həcmində işi Türkiyənin şirkəti,- hansı ki, bizim Bakı hava limanını tikibdir,- o görəcəkdir. Bunu tapşırdım. Sonra orada bizim böyük bir çay var, stansiya tikirik. Onun bir hissəsi tikilib, digər hissəsi də tikiləcəkdir. Orada həcm təxminən nə qədərdir?

ABİD ŞƏRİFOV: 22-23 milyon dollar.

HEYDƏR ƏLİYEV: 22-23 milyon. Sən o şirkətə dedin, yoxsa?..

ABİD ŞƏRİFOV: Cənab Prezident, layihə tamamlanıbdır, bu ayın 30-dək hər şey başa çatacaqdır.

HEYDƏR ƏLİYEV: Onu da verdik.

ƏHMƏD NECDƏN SEZƏR: Hörmətli Cümhur başqanı, mənim demək istədiyim budur ki, xarici sərmayənin təşviqi əsasında vergi, gömrük, nəqliyyat və bank sistemlərində çağdaş qanunlar qəbul olunarsa, türk iş adamlarının sərmayəsi daha da artacaqdır. Bu çatışmazlığın aradan qaldırılması vəziyyətində türk sərmayəçiləri buraya daha çox gələcəklər. Bunları demək istəyirəm.

 

HEYDƏR ƏLİYEV: Doğru deyirsiniz, onları etmək lazımdır. Ancaq biz Türkiyənin böyük şirkətlərinə iri layihələr veririk. Kiçik şeylər, gedib bir mağaza açmaq və sairə yox. Bu yaxınlarda bir türk iş adamı Bakıda böyük bir ticarət mərkəzi açdı. Gərək ki, sizin nazir də gəlmişdi.

ABİD ŞƏRİFOV: Bəli, ticarət mərkəzi açıldı.

HEYDƏR ƏLİYEV:Böyük ticarət mərkəzi açdı. Bilmirəm, orada nə qədər mağaza, filan var. Hörmətli naziriniz də onun açılışına gəlmişdi. Hətta mənə dedilər ki, Tatlısəs də gəlib orada mahnı oxumuşdur. Mən görməmişəm, amma görənlər deyir ki, çox böyük bir ticarət mərkəzidir. Bunu da türk iş adamı etdi.

ABİD ŞƏRİFOV: Cənab Prezident, icazənizlə, bir məlumatı da Sizin diqqətinizə çatdırardım. Biz hörmətli türkiyəli nazirlə belə bir protokol imzalamışıq ki, iki-üç ay içində Türkiyə tərəfi 5 illik proqram hazırlasın. Biz bunu onlardan gözləyirik və bunu müvafiq nazirliklərlə razılaşdırdıqdan sonra Sizə təqdim edəcəyik. Bu, Türkiyə ilə Azərbaycan arasında uzunmüddətli iş proqramıdır. Bunu düşünürük, inşaallah, edəcəyik.

ƏHMƏD NECDƏT SEZƏR: Hörmətli Cümhur başqanı, növbəti görüşlərimizdə danışacağıq. Amma son olaraq demək istəyirəm ki, nəqliyyatçılardan dövlət yol haqqı alınır. İndi Türkiyədən gələn malların doxsan faizini İran maşınları daşıyır. Çünki İran maşınlarından yol haqqı alınmır. Bu sahədə Rusiya və İrana güzəşt mövcuddur. Biz heç nə istəmirik, o güzəşti aradan qaldırın, hər şey yetər. Əgər bu, olarsa, bizim yük daşıyan şirkətlər də bu haqqı tanıyacaqlar.

HEYDƏR ƏLİYEV: Bu problemlər nə qədər olacaqdır? Söylə görüm, nədir bu problem, hər dəfə qaldırılır? Siz nə üçün bunu həll edə bilmirsiniz? Mən başa düşə bilmirəm.

ABİD ŞƏRİFOV: Cənab Prezident, söhbət ondan gedir ki, biz İran yük maşınlarından vergilər tutmurduq. Bu, Naxçıvana gedən bizim yük maşınları üçün problem yaratmamaq məqsədi ilədir. Bir il əvvəl Türkiyə tərəfi bizə öz məsləhətlərini verdi. Mən də Sizə məruzə etdim. Artıq on gün əvvəl Siz o Fərmana imza atmısınız. Yəqin ki, oktyabr ayının 1-dən İran tərəfindən də eyni cür vergilər tutulacaqdır.

Siz nəqliyyatla əlaqədar İstanbulda da mənə tapşırmışdınız. Biz orada müvafiq nazirlikdə görüş keçirdik. Mən Sizə məruzə etmişdim. Bir neçə problem var, ancaq düşünürəm ki, biz bunu ilin sonunadək həll edəcəyik. İstər humanitar yüklərin Avropadan Əfqanıstana daşınmasında, istərsə də başqa problemlər. Biz bu barədə müvafiq nazirliklərlə işləyirik və Türkiyənin ölkəmizdəki səfirinə də söyləmişik. Bunlar gələn ilin büdcəsinə salınacaqdır.

 

HEYDƏR ƏLİYEV: Bu, hər şeyə cavabdehdir.

ƏHMƏD NECDƏN SEZƏR: Biz sərhədə daxil olanlardan 10 dollar həcmində gömrük pulu alırıq. Ümumiyyətlə, iş adamları 45-50 dollara yaxın pul ödəyirlər. Burada isə bu verginin həcmi 250 dollara çatır.

HEYDƏR ƏLİYEV: Hörmətli Cümhur başqanı, mən bu məsələləri anlayıram. Buna sonra baxarıq.

Yaxşı, başqa bir sözünüz yoxdursa, biz sabah böyük bir mərasimdə olacağıq.

MƏMMƏD ƏLİYEV\Azərbaycanın Türkiyədəki səfiri\: Möhtərəm Prezident, icazənizlə, bir məsələni demək istəyirəm.

Hörmətli Cümhur başqanı Əhməd Necdət Sezər, Türkiyə tərəfi Azərbaycandan gələnlərdən 50 dolları almasa, çox yaxşı olar. Türkiyədə Kiprə gedənlərdən bunu almırlar. İndi qərar qəbul ediblər, Türkiyədən çıxan hər adamdan 50 dollar alırlar. Bu, xüsusilə Türkiyədən Naxçıvana gələn adamların qarşısını alır. Əgər Türkiyə tərəfi Kiprə gedənlərdən olduğu kimi, Naxçıvana, Azərbaycana gələnlərdən də bunu almasa, çox yaxşı olar.

ƏHMƏD NECDƏN SEZƏR: Bəli, biz bunu türk puluna çevirdik. Türkiyədən haraya gedirlər getsinlər, bunu alırıq.

MƏMMƏD ƏLİYEV: Hörmətli Cümhur başqanı, bunu almasanız daha yaxşı olar.

HEYDƏR ƏLİYEV: Yaxşı, sağ olun.

Görüşdə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev, ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev, Prezidentin Katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin İcra Aparatının şöbə müdiri Novruz Məmmədov, Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz və digər rəsmi şəxslər iştirak edirdilər.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib