Türkiyə Superliqası: “Başakşəhər” liderliyini möhkəmləndirib
Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 18-də futbol üzrə Türkiyə Superliqasının XXII turuna yekun vurub.
AZƏRTAC xəbər verir ki, səfərdə “Antalyaspor”la qarşılaşan lider “Başakşəhər” rəqibini minimal hesabla məğlubiyyətə uğradıb (0:1).
Qonaq komandanın yeganə qoluna 33-cü dəqiqədə Fyodor Kudryaşov imza atıb.
Bu qələbə sayəsində “Başakşəhər” xallarının sayını 48-ə çatdıraraq turnir cədvəlində liderliyini qoruyub. “Antalyaspor” isə 29 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qalatasaray” 42 xalla ikinci, “Beşiktaş” isə 39 xalla üçüncü pillədə qərarlaşıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [17:15]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [16:18]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]
III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub
- 10.10.2026 [13:21]
Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur
- 10.10.2026 [11:39]