Türkiyədə koronavirus testindən keçənlərin sayı 2 milyona yaxınlaşır
Ankara, 19 may, AZƏRTAC
Türkiyədə yeni növ koronavirusa qarşı sistemli mübarizə tədbirləri nəticəsində gündəlik yoluxma və ölüm hallarında azalma davam etməkdədir. Bu sürətlə davam edərsə, qarşıdakı on gündə koronavirus testindən keçənlərin sayı 2 milyona çatacaq.
AZƏRTAC Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, mayın 18-də ölkə üzrə 25 min 141 nəfər testdən keçirilib. Onlardan 1158 nəfəri xəstə çıxıb. Bildirilir ki, gün ərzində 1615 nəfər sağalıb, 31 nəfər dünyasını dəyişib. Beləliklə, adıçəkilən infeksiyadan sağalanlar 111 min 577, ölənlərin sayı isə 4 min 171 nəfərə çatıb. Bu vaxtadək ölkə üzrə 1 milyon 650 min 135 nəfər yoxlamadan keçirilib. Onlardan 150 min 593 nəfərində infeksiya aşkarlanıb.
Qeyd edək ki, Türkiyə hökuməti koronavirusla mübarizənin növbəti mərhələsinə dair fəaliyyət proqramı qəbul edib. Proqrama görə, yeni tədris ili sentyabrın 1-dən başlanılacaq, Ramazan bayramı ilə əlaqədar mayın 23-dən 26-dək ölkə ərazisində növbəti dəfə komendant saatı elan ediləcək. Prosesin icrasına nəzarəti Daxili İşlər Nazirliyi həyata keçirəcək.
Səhiyyə Nazirliyi tövsiyə edilir ki, əhali tələb olunan qaydalara əməl etsin. Buna kütləvi toplanmamaq, ictimai yerlərdə ara məsafəsi saxlamaq, maska taxmaq, o cümlədən zəruri təmizlik qaydalarına əməl etmək daxildir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]