Türkiyədə narkotik vasitələrin satışında şübhəli bilinən 200-ə yaxın şəxs saxlanılıb
Ankara, 21 aprel, AZƏRTAC
Türkiyə Daxili İşlər Nazirliyinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasiyası, sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat həyata keçiriblər.
AZƏRTAC xəbər verir ki, “Narkoçelik-13” əməliyyatının eyni zamanda ölkənin bütün vilayətlərində keçirildiyini bildirən daxili işlər naziri Ali Yerlikaya narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən 194 şəxsin saxlanıldığını açıqlayıb.
“Əməliyyat-axtarış tədbirləri nəticəsində 81 vilayətdə ümumi çəkisi 451 kiloqram olan narkotik maddə aşkarlanaraq götürülüb. Cəmiyyətimizin, xüsusilə də gənclərimizin gələcəyini zəhərləyən cinayətkar şəbəkələrlə amansız mübarizəmiz davam edəcək. Növbəti əməliyyatlar sağlam gələcək naminə daha da genişmiqyaslı olacaq”, - deyə nazir sosial şəbəkə hesabında yazıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]
Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]