Türkiyədən Qəzzaya yardım aparan növbəti təyyarə yola düşüb
İstanbul, 29 noyabr, AZƏRTAC
Türkiyədən Qəzza zolağına humanitar yardım daşıyan növbəti təyyarə yola düşüb.
AZƏRTAC xəbər verir ki, humanitar yardımlar arasında səkkiz ton dərman və tibbi ləvazimat var.
Həmin təyyarə ilə Qəzzaya səhiyyə işçilərindən ibarət doqquz nəfərlik qrup da yola salınıb. Türkiyəli həkimlər Misir Səhiyyə Nazirliyi ilə əldə olunmuş razılaşma çərçivəsində yaralıların müalicəsində iştirak edəcəklər. Bununla bağlı mətbuata açıqlama verən Türkiyənin səhiyyə naziri Fahrettin Koca Qəzzaya yardım aparan təyyarənin geri dönüşdə yaralıları da gətirəcəyini deyib.
Xatırladaq ki, indiyədək Türkiyədən Qəzzaya 11 təyyarə və bir gəmi vasitəsilə təxminən 700 ton humanitar yardım, tibbi ləvazimat, 8 səhra xəstəxanası və 20 təcili yardım maşını çatdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:33]
Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir
- 11.06.2026 [15:16]
Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib
- 11.06.2026 [15:01]
İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
- 11.06.2026 [14:30]