İDMAN
Türkiyəli futbolçu İtaliyada “Golden Boy Web” mükafatına layiq görülüb
Roma, 28 noyabr, AZƏRTAC
Türkiyə millisinin və “Yuventus” klubunun futbolçusu Kənan Yıldız İtaliyada "Golden Boy Web" mükafatını qazanıb.
AZƏRTAC xəbər verir ki, İtaliyanın “Tuttosport” idman qəzeti 19 yaşlı futbolçunu azarkeşlərin səsverməsi ilə bu mükafata layiq görüb.
“Tuttosport” 2003-cü ildən bəri mövsümün ən yaxşı 21 yaşadək futbolçusuna “Golden Boy” mükafatını təqdim edir. Cari ildə həmin mükafata isə İspaniya millisinin üzvü və “Barselona” klubunda çıxış edən 17 yaşlı futbolçu Lamin Yamal layiq görülüb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma