Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyəli general: Qarabağ Zəfəri haqsızlığa qarşı mübarizə aparan bütün ölkələrin ümidi oldu

Türkiyəli general: Qarabağ Zəfəri haqsızlığa qarşı mübarizə aparan bütün ölkələrin ümidi oldu

İstanbul, 18 fevral, Günel Karatepe, AZƏRTAC

Fikrimcə, dövlət idarəçiliyinin əsas amilləri məkan, vaxt və gücdür. Azərbaycan geosiyasi mövqeyi baxımından olduqca əhəmiyyətli yerdədir və istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizləri üçün çox mühüm mövqe tutur. Təbii ki, bu mövqeyin yaratdığı üstünlüklərlə yanaşı, müəyyən risklər və məsuliyyətlər də var. Qafqazın regional lideri olaraq Azərbaycan bu gün xarici siyasətini istər ABŞ, Rusiya, Çin, istərsə də Afrika ölkələri olsun, dövlətlər arasında heç bir fərq qoymadan balanslaşdırılmış şəkildə aparır. Təbii ki, burada Şuşa Bəyannaməsi ilə möhürlənən Türkiyə-Azərbaycan münasibətləri, eləcə də Çin və Avropa İttifaqı ölkələri ilə strateji tərəfdaşlığa dair bəyannamələri qeyd etməmək olmaz. Azərbaycanın xarici siyasi xəttinin təməlləri arasında ölkələrin ərazi bütövlüyü, bəşəri və humanitar amillərə hörmət, eyni zamanda, dostluq prinsipləri əsas yer tutur. Digər dövlətlərə bu prizmadan yanaşan bir ölkənin bunun qarşılığını tələb etməsi təbii haldır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ehtiyatda olan türkiyəli general, Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi Yücel Karauz söyləyib.

“Ermənistana gəldikdə, bu ölkənin heç vaxt təkbaşına hərəkət etmədiyini, tarixin müxtəlif dövrlərində, istər sovet hakimiyyəti, istər bəzi Qərb qüvvələri, istərsə də ona “dayılıq” edən digərlərinin arxasında gizləndiyini bilirik. Elə bunun nəticəsi idi ki, 1990-cı illərdə Azərbaycan torpaqlarının 20 faizi ermənilər tərəfindən işğal edildi. Çünki o dövrdə Ermənistan milli güc mexanizmləri minimum dərəcədə idi. Elə bu səbəbdən tam əminliklə deyə bilərik ki, ermənilər Azərbaycan torpaqlarının işğalına “dayıları”nın apardığı “siyasət” nəticəsində nail olublar. Sonrakı dövrə gəlsək, burada, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın milli gücünün artması üçün atdığı təməlləri, bu təməllər üzərində Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasəti xüsusi vurğulamalıyıq. Bizi 2020-ci ildə qazandığımız Zəfərə daşıyan da məhz bu amillər oldu”, - deyə general bildirib.

Azərbaycanın 2020-ci ilədək Qarabağ məsələsinin sülh yolu ilə həll olunması istiqamətində etdiyi çağırışları və göstərdiyi səylərin cavabsız qaldığını xatırladan müsahibimiz qeyd edib: “Məsələyə bu tərəfdən baxdıqda, Azərbaycan hakimiyyətinin son illər ordu quruculuğuna verdiyi çox böyük dəyərin nə qədər doğru olduğunu görürük. Çünki Azərbaycan dövləti xalqın böyük dəstəyinə söykənərək, heç bir ölkəyə bağlı olmadan özünün milli gücü, öz əsgəri, öz hərbi texnikası ilə işğalla yanaşı, uzun illər davam edən erməni vəhşiliyinə və vandalizminə də son qoydu. Burada xüsusi vurğulamalıyıq ki, 1992-ci ildə kənar qüvvələr tərəfindən silahlandırılan Ermənistan qarşısında haradan baxsan “əliyalın” qalan Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə bütün dünyaya öz gücünü göstərdi və Cənubi Qafqazın güc mərkəzinə çevrildi. Azərbaycanın bu Qələbəsi 200 illik intiqamı aldı. Bu, Azərbaycanla yanaşı, Türk dünyasının Qələbəsi və haqsızlığa qarşı mübarizə aparan bütün ölkələrin ümidi oldu. Bu Qələbə ilə Afrikadakı müstəmləkələr başda olmaqla, insanlar milli mənliklərini ön plana çıxarmağa başladılar. Əslində, bu Zəfər oyanışın nümunəsi oldu. Burada Azərbaycanın uzun illər xalqına, torpağına qarşı qərəzli münasibətə böyük səbrini xüsusi vurğulamaq lazımdır”.

Azərbaycanın geosiyasi və geostrateji tarazlığı qoruyaraq qlobal arenada nümayiş etdirdiyi siyasi xəttin ölkəmizi Qafqazın güc mərkəzinə çevirməklə yanaşı, qlobal fəaliyyətlərdə ön plana çəkdiyi və mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən dövlətə çevirdiyini, COP29-un bunun ən böyük nümunəsi olduğunu qeyd edən general sözlərinə belə davam edib: “COP29 artıq Azərbaycanın dünyada söz sahibi olan ölkəyə çevrildiyinin böyük nümunəsidir. Bu, ölkənin apardığı düzgün siyasətin nəticəsidir. Çünki, biz kor-koranə, başqalarının sözünə güvənərək dövlət “idarə edənlərin” bu gün aqibətinin, ölkələrinin istər iqtisadi, istərsə də humanitar baxımdan gəldiyi son vəziyyətin nə yerdə olduğunu açıq-aydın görürük. Başı dik dövlət idarə etmək hər kəsə nəsib olmur. Azərbaycan bu gün 300 milyonluq Türk coğrafiyasının nümunəsinə çevrilib. Bu baxımdan Prezident İlham Əliyevin “Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”, - fikirləri olduqca böyük əhəmiyyət kəsb edir. Qarşıdakı dövrə baxdığımızda isə Azərbaycanın bu, qeyri-müəyyənlik içində çırpınan siyasi natarazlıqda xüsusilə Türk, Qafqaz və Anadolu coğrafiyasında ön planda olacağı aşkardır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Donald Tramp Təhsil Departamentinin ləğvi ilə bağlı sərəncam imzalayıb

Moldovada İkinci Dünya müharibəsinə aid kütləvi partlayıcı sursat zərərsizləşdirilib

Londonda Novruz bayramı qeyd olunub

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Tramp: ABŞ və Ukrayna tezliklə faydalı resurslarla bağlı saziş imzalayacaq

Tutuquşuların danışma qabiliyyəti insan beynindəki nitq mexanizmləri ilə oxşardır - ARAŞDIRMA

Aİ-nin aparıcı ölkələri Parisdə Ukrayna ilə bağlı yeni sammit keçirəcək

İsrail ordusu Qəzza zolağının cənubunda əməliyyatlara başlayıb

Gürcüstan Millətlər Liqasında Ermənistanı darmadağın edib

Gürcüstan və Ermənistanın hökumət başçıları regiondakı vəziyyəti müzakirə ediblər

Xocalıda Novruz konserti keçirilib VİDEO

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib

Millətlər Liqası: Türkiyə millisi doğma meydanda Macarıstanı məğlub edib

Könüllülərin iştirakı ilə Novruz bayramına həsr olunmuş “Xonça Fest” keçirilib

“Portu”nun futbolçusu Türkiyə millisində debüt edib

Naxçıvanda hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq edilib

Bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

“Uşaqların dünyaya alternativ baxışı” devizi altında “Alter Eco” sərgisinin açılışı olub

Novruz bayramı günündə Abşeron rayonunda şəhidlərimizin məzarları və ailələri ziyarət edilib

Volodimir Zelenski Rusiyaya qarşı sanksiyaların yumşaldılması şərtlərini açıqlayıb

Azərbaycanlı rəssamın əsəri UNESCO-nun sertifikatına layiq görülüb

Qərbi Afrika QHT-ləri Fransanın “Bollore” qrupunun oğurladığı vəsaitləri qaytarmasını tələb edir

Fernandu Santuş Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

“Məcməüş-şüəra ədəbi məclisi və XIX əsrin ikinci yarısı -XX əsrin əvvəllərində Bakı ədəbi mühiti” – yeni monoqrafiya

Azərbaycan Ordusunun mövqeləri Gorus və Basarkeşər istiqamətlərindən atəşə tutulub

Almaniyalı klavesin və orqan ifaçısı Leonard Şik ilk dəfə Azərbaycanda çıxış edəcək

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı qeyd edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

ADY rayonlararası istiqamətlərdə 3800-ə yaxın sərnişinin rahat və təhlükəsiz səfərini təşkil edib

Baş Dövlət Yol Polisi İdarəsindən xəbərdarlıq: Yollarda görünüş məhdudlaşacaq!

Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 18 metrədək güclənib - FAKTİKİ HAVA

Böyük Britaniyada hər beş yetkin insandan biri hələ də iş axtarmır

Fransa Bankı: 2024-cü ildə xalis zərər 7,7 milyard avro olub

Gəncədə Novruz bayramı münasibətilə ümumşəhər tədbiri keçirilib

Respublika Gənclər Kitabxanasında akademik Fəraməz Maqsudovun 95 illiyi münasibətilə vəsait hazırlanıb

Brüsseldə Azərbaycan Mədəniyyəti Günü keçirilib

Naxçıvanda “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu” yaradılıb

Qax Dövlət Kukla Teatrı bayram günlərində uşaqları yeni tamaşa ilə sevindirir

Novruz bayramı ərəfəsində Lənkəranda yerli turistlər üstünlük təşkil edir - REPORTAJ

Sabah magistral yollarda görmə məsafəsi 300-800 metrədək məhdudlaşacaq

Azərbaycan Ordusunda Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib

Şamaxıda avtomobil dərəyə yuvarlanıb, xəsarət alanlar var VİDEO

Ayxan Abbasov Antalyada Emre Belezoğlu ilə görüşüb

Sağlamlıq imkanları məhdud 50-dək uşaq oftalmoloji müayinədən keçib

MDB dəmir yolu administrasiyaları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Aktau şəhərində Azərbaycan guşəsi açılıb

Şalva Papuaşvili: “Fransa səfirinin biganəliyinin nəticəsidə İctimai Yayım Xidmətinin jurnalisti nifrət hədəfinə çevrilib”

Novruz bayramı ərəfəsində şəhid ailələri ziyarət edilib

Ordubadda ağır yol qəzası olub, 4 nəfər xəsarət alıb

Şimali Makedoniyadakı faciəli yanğında xəsarət alanlardan 4 nəfəri İtaliyaya gətirilib

BMT-nin Baş katibi: Paris iqlim Sazişinin məqsədləri hələ də əlçatandır

Müdafiə Nazirliyinin rəhbər heyəti Baş Klinik Hospitalı ziyarət edib VİDEO

Vətən müharibəsi şəhidi Ələddin Səidovun ailəsini ziyarət edilib

Papa Fransisk tənəffüs dəstəyi olmadan nəfəs almağa başlayıb

BSU-nun rəhbərliyi Qubada məktəblilərlə görüşüb

Şagird: Naxçıvan Dövlət Universitetində IELTS mərkəzinin olması böyük fürsətdir

“Deutsche Bank” 2 min iş yerini ixtisar edəcək

Polşada Novruz bayramı qeyd olunub

Gürcüstan parlamenti narkotik cinayətlərinə görə cəzanı sərtləşdirir

Azərbaycanlı tələbə: Məqsədim ölkəmizin kosmos və innovasiya sahəsində güclü mövqe qazanmasına töhfə verməkdir

Britaniya yüksək rütbəli hərbi liderlərin qapalı görüşünə ev sahibliyi edir

Laçında kreativ Novruz suvenirləri hazırlanıb VİDEO

Cəbrayılda Novruz ilə bağlı bayram konserti təşkil olunub VİDEO

Bayramla əlaqədar bütün avtovağzal və avtostansiyalar martın 19-dan gücləndirilmiş iş rejimində çalışır

Cəlilabadda polis 9 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlayıb

Azərbaycana yaz fəsli qədəm qoydu

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Türkiyənin Cağaloğlu Anadolu Liseyi qardaşlaşıb

SOCAR-ın prezidenti “ExxonMobil” Korporasiyasının vitse-prezidenti ilə görüşüb

Qəbələdə şəhid ailələri və müharibə əlilləri üçün iftar süfrəsi açılıb

NBA: Daha 11 oyun keçirilib

Xırdalanada yaşayış binasında yanğın baş verib

“Bir sual, bir cavab”: Novruz xatirələri – Məbud Məhərrəmov VİDEO

İğdırda Azərbaycan-Türkiyə Novruz tədbiri keçirilib

Babək rayonunda minik avtomobili yanıb

İlk dəfə bütün ölkəni əhatə edəcək “Azərbaycan Şahmat Turu” layihəsi keçiriləcək

YAP Gəncə şəhər təşkilatı bayram sovqatı paylayıb

Argentina millisində növbəti itki yaşanıb

Su təchizatına qoşulma sahəsində çalışan əməkdaşlara təlimlər keçirilib

“Bir sual, bir cavab”: Novruz xatirələri – Çingiz Abdullayev VİDEO

Niderland millisinin aparıcı üzvü sıradan çıxıb

İstanbul Böyükşəhər Bələdiyyəsi üzvlərinin terror təşkilatları ilə əlaqələri müəyyən edilib

Azərbaycan teatrının əfsanəvi Məcnunu

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

Millətlər Liqası: Türkiyə Macarıstanı, Xorvatiya Fransanı qəbul edəcək

“Bir sual, bir cavab”: Novruz xatirələri – Salman Qəmbərov VİDEO

FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edib VİDEO

Bayram günlərində şəhər və rayonlara səfər edən hərəkət iştirakçılarına müraciət olunub VİDEO

“Bir sual, bir cavab”: Novruz xatirələri – Mənsum İbrahimov VİDEO

Vatikan uşaqlar üçün video oyun hazırlayıb

Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub

Birinci Vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib

Novruz bayramı və yaz fəsli: fərqlər və eyniliklər – alimin mülahizələri

Azərbaycanlı tələbələrin Türkiyədə aerokosmik innovasiyalar üzrə təcrübə mübadiləsi başa çatıb

Britaniyada şəxsi silah satışları ilə bağlı qaydalar sərtləşdiriləcək

Azərbaycanda Novruz bayramıdır

132/110/35/10 kilovoltluq yeni "Culfa" yarımstansiyasında sınaq-sazlama işləri yekunlaşıb

Çində kosmosda faydalı qazıntılar çıxarmaq üçün robot hazırlanıb

Rusiya və Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib

İtaliyanın bu qəsəbəsində evlər 1 avroya satılır

Azərbaycanın investisiya mühiti Türkiyədə tanıdılır