Türkiyəli mütəxəssis Qəbələdə arıçılara təlim keçib
Qəbələ, 26 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Türkiyə Respublikasının Kahramanmaraş Sütçü İmam Universitetinin Ziraat fakültəsinin Zootexnik bölümünün professoru Halil Yeninar tərəfindən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Arıçı” ixtisası üzrə təhsil alan tələbələri və regionun arıçı sahibkarları üçün təlim keçirilib.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təlimdə arı xəstəlikləri və zərərvericilər, arı ailələrinin qışlamaya hazırlığı, qışlamanın düzgün idarə edilməsi ilə arıların fizioloji bağlılığı və digər mövzulara toxunulub.