TÜRKSOY və UNESCO arasında əməkdaşlığa dair məsələlər müzakirə olunub
Ankara, 15 sentyabr, AZƏRTAC
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov Parisdə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə 8-ci Baş Assambleyasının iclasında iştirak edib.
TÜRKSOY-un katibliyindən AZƏRTAC-a verilən məlumata görə, yüzdən artıq ölkəni təmsil edən nümayəndənin iştirakı ilə keçirilən iclasda dünyada qeyri-maddi mədəni irsin qorunması ilə bağlı çox mühüm məsələlər müzakirə olunub.
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov iclas çərçivəsində UNESCO-nun Baş direktorunun mədəniyyət üzrə müavini Ernesto Ottone Ramirez ilə görüşüb. Baş katib türk dünyasının böyük şəxsiyyətlərindən olan Abay Kunanbay və Çingiz Aytmatovun həyat və yaradıcılıqlarını əks etdirən dəyərli nəşrləri Ernesto Ottone Ramirezə bağışlayıb.
Sonra UNESCO-nun Baş Qərargahında TÜRKSOY-un Baş katibi Düsen Kaseinov UNESCO-nun Baş Assambleyasının sədri Başkanı Altay Cengizer və türkdilli ölkələrin bu qurumdakı daimi nümayəndəliklərinin rəhbərləri arasında görüş keçirilib. Görüşdə birgə fəaliyyət istiqamətlərinə dair səmərəli fikir mübadiləsi aparılıb. Altay Cengizerə TÜRKSOY-un təsis etdiyi “Abay” xatirə medalı hədiyyə olunub.
Görüşlərdə TÜRKSOY və UNESCO arasında əməkdaşlığa dair mühüm məsələlər müzakirə olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara