“TVİNNİNQ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ ƏMƏKDAŞLIQ İMKANLARI MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, ölkəmizdə səfərdə olan Litva parlamentinin baş katibi Gintautas Vilkelisin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 2-də Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevlə görüşmüşdür.
Milli Məclisdən bildirmişlər ki, Litva nümayəndə heyətinin səfərindən məqsəd Avropa İttifaqının Azərbaycan parlamenti ilə həyata keçirəcəyi “Tvinninq” layihəsi çərçivəsində əməkdaşlıq imkanlarını dəyərləndirməkdir. Litva parlamenti Avropa İttifaqında Azərbaycan üzrə elan edilmiş parlament “Tvinninq” layihəsində iştirak çağırışına qoşularaq Azərbaycan tərəfi ilə ilkin danışıqlar mərhələsinə başlamışdır.
Layihənin əsas məqsədi Avropa İttifaqına üzv ölkələrdən biri və ya bir neçəsi ilə sıx əməkdaşlıq və tərəfdaşlıq zəminində Azərbaycan qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırmaqdır.
Hər iki ölkənin parlament aparatı rəhbərlərinin görüşündə layihənin ayrı-ayrı məqamları təhlil edilmiş, qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [11:51]
Milli Məclis Azərbaycanla Ekvador arasındakı viza sazişini təsdiqləyib
- 19.06.2026 [11:01]
Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb
- 18.06.2026 [19:27]
Süni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]