UCARDA İŞLƏYƏN ŞƏXSLƏRƏ DÖVLƏT SIĞORTA ŞƏHADƏTNAMƏLƏRİ VERİLİR
AZƏRTAC xəbər verir ki, Ucar rayonunda işləyən şəxslərə dövlət sığorta şəhadətnamələrinin verilməsi davam etdirilir. Bu münasibətlə təşkil olunan növbəti mərasimdə qeyd edilmişdir ki, rayonda quruculuq, abadlıq, əsaslı yenidənqurma işləri, yeni iş yerləri və xidmət sahələrinin yaradılması, əhalinin məşğulluğu ilə yanaşı, pensiya və müavinətlərin vaxtında verilməsinə, pensiya islahatlarının yüksək səviyyədə icrasına da diqqət yetirilir.
Mərasimdə Dövlət Sosial Müdafiə Fondu Ucar şöbəsinin nümayəndələri fərdi uçot sisteminin əhəmiyyətindən, pensiyaların daha şəffaf və ədalətli şəkildə təyin edilməsində onun oynayacağı roldan danışmış, işləyən şəxslərin bir qrupuna sosial sığorta şəhadətnamələrini təqdim etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [15:10]
Dünyada dizel yanacağı ucuzlaşacaq
- 10.10.2026 [11:09]
Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb
- 10.10.2026 [11:00]
Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO
- 10.10.2026 [10:27]
Dünya birjalarında neftin qiyməti artıb VİDEO
- 10.10.2026 [08:29]
Kənd təsərrüfatı naziri Çində səfərdədir
- 09.10.2026 [21:16]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [20:29]