Ucarda pambıq yığımına başlanılıb
Ucar, 14 sentyabr, AZƏRTAC
Ucar rayonunda “ağ qızıl” yığımına başlanılıb və bir neçə gündə əl ilə 25 ton məhsul toplanılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə 5 inzibati ərazi dairəsində - Xələc, Lək, Yuxarı Şilyan, Boyat və Əlikənd ərazilərində 200 hektarda məhsul yetişdirilib. Artıq hər yerdə pambıq yığılır və bu işə 80 nəfərdən çox işçi qüvvəsi cəlb olunub. Toplanan pambıq “P-Aqro” MMC-nin Ucar filialına təhvil verilir.
Qeyd edək ki, yetişdirilən məhsulun 20 faizi əl ilə yığılacaq. Qalan sahələrin məhsulu isə maşınlarla toplanacaq. Bu məqsədlə 3 pambıqyığan kombayn hazır vəziyyətə gətirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]