Ukrayna ərazisinə kütləvi raket hücumu həyata keçirilir
Kiyev, 26 yanvar, AZƏRTAC
Bu gün, yanvarın 26-da Rusiya Ukraynaya raketlərlə hücum edir. Ukrayna hərbçiləri artıq Rusiyanın ilk raketlərini vurub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak teleqram səhifəsində yazıb.
Yermak, həmçinin əhalini hava hücumu siqnallarına məhəl qoymağa və sığınacaqlarda qalmağa çağırıb.
Eyni zamanda, Ukrayna Müdafiə Nazirliyi əhalini hava hücumundan müdafiə qüvvələrinin işini şəbəkədə dərc etməməyə çağırıb, çünki bu, düşmənə kömək edir.
Qeyd edək ki, səhər saatlarından başlayaraq Rusiya ordusu tərəfindən Ukrayna ərazisinə kütləvi raket zərbələri endirilir. Bundan öncə isə yanvarın 26-na keçən gecədən başlayaraq İran istehsalı olan kamikadze dronlarının hücumu həyata keçirilib. Ukrayna ərazisinə atılan 24 kamikadze dronlarının hamısı zərərsizləşdirilib. Onlardan 15-i paytaxt Kiyev istiqamətində məhv edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]