RƏSMİ XRONİKA
Ukrayna Prezidenti Zati-aliləri cənab Viktor Yanukoviçə
Hörmətli Viktor Fyodoroviç!
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Ukrayna xalqını dövlət bayramınız - Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Bu gün dost Ukrayna dövlətçiliyin və hüquqi qaydanın möhkəmlənməsi, sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsi yolu ilə inamla irəliləyir, beynəlxalq birlikdə ölkənin nüfuzu artır.
İnanıram ki, Azərbaycan ilə Ukrayna arasında mehriban dostluq və qarşılıqlı dəstək ənənələri, hərtərəfli əməkdaşlıq, dövlətlərarası münasibətlərimiz xalqlarımızın və ölkələrimizin rifahı naminə bundan sonra da dinamik inkişaf edəcək və möhkəmlənəcəkdir.
Hörmətli Viktor Fyodoroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Ukrayna xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 1 avqust 2012-ci il.