UKRAYNA SƏFİRLİYİNDƏ MƏTBUAT KONFRANSI
Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Boris Aleksenko ölkələrimiz arasında münasibətlərin tarixindən və inkişafından danışaraq dedi ki, ikitərəfli münasibətlərin indiki səviyyəsi bütün sahələrdə, o cümlədən mədəniyyət, elm, ədəbiyyat sahələrində əlaqələrin inkişafına kömək edir. Səfir xatırlatdı ki, Ukrayna müəlliflərinin əsərlərinin Azərbaycan dilinə və Azərbaycan ədəbiyyatının Ukrayna dilinə tərcüməsi sahəsində böyük iş aparılır. Sonra o, Taras Şevçenkonun xatirəsinin Ukraynada necə əbədiləşdirildiyindən, Şevçenko milli qoruğunun işindən söhbət açdı.
B.Aleksenko dedi ki, Ukrayna xalqının dahi oğlunu Azərbaycanda da tanıyır və anırlar. Bu il Bakıda böyük Kobzarın abidəsini ucaltmaq nəzərdə tutulmuşdur.
Səfir bildirdi ki, ölkələrimiz arasında ikitərəfli razılaşmalar çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfəri gözlənilir. Səfər zamanı Ukraynada dahi Azərbaycan şairi Nizami Gəncəvinin və Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin abidələrinin açılışı nəzərdə tutulmuşdur.
Sonda B.Aleksenko jurnalistlərin sullarına cavab verdi.