UKRAYNA XİN RUSİYA TƏRƏFİNƏ ETİRAZINI BİLDİRİR
Şərhdə vurğulanır ki, RF XİN-in dil məsələsində tutduğu ikili standartlar mövqeyi xüsusi hiddət doğurur. Unitar Ukraynaya rus dilindən dövlət dili hesabına istifadə olunmasını kənardan zorla qəbul etdirməyə cəhd göstərilir, halbuki çoxmillətli federativ dövlət olan Rusiyanın özündə milli azlıqların öz dillərindən istifadə etmək hüquqlarına, əslində, etinasızlıqla yanaşılır.
Şərhdə ölkə əhalisinin 17,3 faizini təşkil edən etnik rusların Ukraynada dil-təhsil və informasiya tələbatını ödəmək imkanı ilə bağlı məlum faktları da xatırladırlar. Ölkədə 1 411 rusdilli məktəb və 2 109 ikidilli Ukrayna-rus məktəbi fəaliyyət göstərir, rus dilində 2 343 adda dövri nəşr çıxır, Rusiya telekanallarının proqramları azad yayımlanır. Bununla yanaşı, faktlar Rusiya ukraynalılarının humanitar tələbatının ödənilməsi sahəsində vəziyyətin ağır olduğuna sübutdur, halbuki ukraynalılar sayına görə Rusiyada üçüncü böyük milli qrupdurlar. Buna baxmayaraq, Rusiya tərəfi ölkədəki ukraynalıların humanitar hüquqlarına məhəl qoymur, Ukraynada rus dili məsələsini siyasiləşdirməyə daim səy göstərir.