Ukraynada müharibə nəticəsində 10 minə yaxın mülki şəxs həlak olub
Kiyev, 31 yanvar, AZƏRTAC
Ukrayna Milli Polisi Rusiya ilə müharibənin gedişində 9700 mülki şəxsin həlak olduğunu sənədləşdirib.
AZƏRTAC xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində Ukrayna Milli Polisinin baş istintaq idarəsinin rəhbəri Maksim Tsutskiridze bildirib.
Onun sözlərinə görə, təxminən 7 min dinc sakin itkin düşüb, ukraynalıların mənzil və əmlaklarının itkisi 40 milyard qrivnanı ötüb.
“Polis bilavasitə 9,7 min ukraynalının ölümünü sənədləşdirib, daha 11 min nəfər yaralanıb, təxminən 7 min nəfər itkin düşüb. Onların hamısı mülki şəxslərdir", - deyə Tsutskiridze qeyd edib. Həlak olanların 522-si, xəsarət alanların 18 mini uşaqlardır. Rusiya və Belarusa aparılan 14 min ukraynalı uşaqla bağlı iş açılıb.
Qeyd olunan rəqəmlər yalnız Rusiya tərəfindən işğal olunmayan ərazilərə aiddir.
Müharibə nəticəsində, həmçinin 3700 təhsil müəssisəsi, 1600 xəstəxana, 9000 kritik infrastruktur obyekti, 185 min yaşayış binası dağılıb və ya zədələnib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
- 06.06.2026 [12:53]
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]
Bu saata olan əsas xəbərlər
- 05.06.2026 [20:00]