DÜNYA
Ukraynalıların əksəriyyəti Donbasda münaqişənin diplomatik yolla həllinin tərəfdarıdır
Kiyev, 2 oktyabr, AZƏRTAC
Ukraynalıların əksəriyyəti Donbasda münaqişənin diplomatik yolla həllinin tərəfdarıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Reytinq” Sosioloji Qrupun apardığı rəy sorğusunun nəticəsində qeyd olunur.
Sorğuda iştirak edənlərin 34 faizi hərbi əməliyyatların dayandırılmasının, 23 faizi həmin əraziyə Ukraynanın tərkibində muxtariyyətin verilməsinin tərəfdarıdır. Sorğu iştirakçılarının 23 faizi isə hərbi əməliyyatların aparılması və Donbasın bütün ərazilərinin Ukraynanın nəzarətinə keçirilməsinin tərəfdarı olduğunu qeyd ediblər. 20 faiz iştirakçı isə sorğuya cavab verməkdə çətinlik çəkdiyini bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2024 [17:37]
Monteneqro müstəqilliyinin 18-ci ildönümünü qeyd edir
- 20.05.2024 [16:57]
Əfqanıstanda avtobus qəzasında 5 nəfər ölüb, 11 nəfər yaralanıb
- 20.05.2024 [16:49]
Hindistanda avtomobilin dərəyə aşması nəticəsində 18 nəfər ölüb
- 20.05.2024 [16:30]
İndoneziyanın İbu vulkanı beş kilometr hündürlüyə kül püskürüb
- 20.05.2024 [16:17]