Ukraynaya yardım haqqında qanun layihəsi aprelin 23-də ABŞ Senatında səsverməyə çıxarılacaq
Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 23-də ABŞ Senatında müttəfiqlərə, o cümlədən Ukraynaya yardım, habelə Rusiya aktivlərinin müsadirəsi ilə bağlı qanun layihələri üzrə səsvermə keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Konqresinin yuxarı palatasında demokrat çoxluğun lideri Çak Şumer açıqlama verib.
"Senat milli təhlükəsizlik üçün əlavə maliyyələşdirmə ilə bağlı lazımi addımı atmağa hazırdır və çərşənbə axşamı günü ilk səsvermə ilə bu işi başa çatdırmaq üçün razılığa gəlib", - deyə o, “X” sosial səhifəsində yazıb.
Qeyd edək ki, ötən gün ABŞ Konqresinin Nümayəndələr Palatası Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə köçürülməsi üçün müsadirə edilməsi haqqında qanun layihələrini təsdiqləyib. Paketin həcmi 95 milyard dollar təşkil edib. Bundan sonra bu məsələyə ABŞ Senatı baxmalı və daha sonra Prezident Cozef Bayden tərəfindən imzalamalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]
Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]