Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu öndər Heydər Əliyev müasir təhsil sisteminin yaradıcısıdır

Ulu öndər Heydər Əliyev müasir təhsil sisteminin yaradıcısıdır

Bakı, 13 iyun, AZƏRTAC

Azərbaycan tarixinin müasir dövrdə ən təlatümlü anları müstəqilliyimizin ilk illərinə təsadüf edir. Sosial-iqtisadi, ictimai-siyasi ziddiyyətlər ölkəni zəiflətmiş, xalqın sabaha inamını sarsıtmışdı. Həmin mürəkkəb mərhələdə xalq özünü itirmədi, taleyi, gələcəyi, sabahı üçün məsuliyyətli qərar verdi. Öz müdrik oğluna üz tutdu.Tariximizə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Azərbaycan tarixində mühüm rol oynayan 1993-cü ilin bu günü ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldi. Dahi lider Heydər Əliyev siyasi fəaliyyəti, diplomatik istedadı, əzmi ilə bütövlükdə müasir Azərbaycan dövlətçiliyini perspektivli bir yola, davamlı inkişaf mərhələsinə çıxara bildi. Milli Qurtuluş Günü Azərbaycan Respublikasında 1997-ci ilin 15 iyun tarixindən bayram elan edilib. 1998-ci ildən etibarən isə bayrama dövlət statusu verilib. Tarixin bu mərhələsindən baxarkən bir daha qeyd etməliyik ki, ulu öndər Heydər Əliyev öz fəaliyyəti və nümunəsi ilə ölkəni xilas etməyin konkret yolunu göstərdi. Bu, Ulu Öndərin siyasi qətiyyətində, möhkəm iradəsində, verdiyi sözlərə dəqiq əməl etməsində, dəqiq kurs əsasında islahatlar aparmasında, dövrün tələblərinə uyğun milli maraqlara xidmət edən enerji siyasətini işləyib hazırlamasında və ölkənin ərazi bütövlüyünü bərpası üçün mübarizə yolunu tapmasında təsdiqləndi. Ulu Öndər Azərbaycanda vətəndaşlarla görüşündə də, BMT-nin yüksək tribunasından çıxışında da əsl xilaskar kimi davranırdı. BMT-də 1994-cü və 1995-ci illərdə etdiyi möhtəşəm çıxışında dünyaya göstərdi ki, Azərbaycan təhlükələrdən qurtulub və demokratik, sivil və müstəqil dövlət kimi beynəlxalq miqyasda sülhün, barışın və əməkdaşlığın inkişafına ciddi töhfələr verməyə hazırdır.

Azərbaycan xalqı üçün qurtuluşun tarixi əhəmiyyəti əvəzedilməzdir. Qurtuluş Günü hər bir vətəndaşın həqiqi anlamda müstəqilliyi, istiqlalı hiss etməsi günüdür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev söyləyib. R.Tağıyev bildirib ki, ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə respublikanın sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yaranıb, bütün sahələrdə inkişafa doğru köklü dəyişikliklər baş verib. Dahi lider Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də böyük nailiyyətlər əldə olunub. Ümummilli Lider təhsilə daim böyük önəm verib, təhsil sektorunda misilsiz işlər görüb. “Təhsil millətin gələcəyidir” deyən ulu öndər Heydər Əliyev bu sahənin inkişafına xüsusi diqqət göstərib. Azərbaycanın məktəb şəbəkəsi həmin illərdə tam formalaşıb, xalqın intellektual potensialı yüksəlib. Məktəb infrastrukturu əsaslı şəkildə yenilənib, dünya təhsilinə inteqrasiya yönündə əsaslı islahatlara yol açılıb. Ümumi təhsil məktəblərinin I-XI sinifləri üçün müasir tələblərə cavab verən milli dərsliklər yaradılıb və tam ödənişsiz olaraq Azərbaycan şagirdlərinə çatdırılıb. Latın qrafikalı əlifbaya keçilməsi ilə əlaqədar qısa zamanda bütün məktəblər və kitabxanalar yeni əlifba ilə çap olunmuş dərslik və əlavə vəsaitlərlə təmin edilib. Hər kəsə bəllidir ki, müstəqilliyin ilk illərində cəmiyyətdə vaxtilə böyük hörmət və nüfuza malik olan məktəbə, müəllimə, ziyalıya ehtiram, oxumağa maraq azalmışdı. Bacarıqlı, yüksəkixtisaslı mütəxəssislərin ölkədən xaricə axını başlamışdı. Yalnız müdrik dövlət xadimi Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra müstəqilliyin ilk illərində təhsil sahəsində baş alıb gedən tənəzzülün qarşısı alındı. Ən əsası müəllimdə, şagirddə, valideyndə və ümumilikdə bütün cəmiyyətdə sabaha inam, daha xoşbəxt gələcək üçün çalışmaq əzmi artmağa başladı. 1995-ci ildə qəbul olunmuş Konstitusiyaya əsasən ölkəmizdə icbari ümumi orta təhsilə keçildi, ümumi təhsil məktəblərinin şagirdlərinə dövlət hesabına dərsliklərin verilməsinə başlandı. Həmin dövrdə təhsil sahəsində özünü göstərən ən ciddi yeniliklərdən biri də yeni əlifbaya keçilməsi, latın qrafikalı əlifbanın tətbiqinin reallığa çevrilməsidir. Bu dövrün əsas xüsusiyyətlərindən biri təhsilə qayğının, bu sahənin inkişafı üçün ayrılan vəsaitlərin ildən-ilə artırılmasıdır. Bu isə təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ilə bağlıdır.

BŞTİ-nin müdiri qeyd edib ki, Ulu Öndər Azərbaycanın gələcəyi olan gənclərin inkişafına, elm və təhsilin tərəqqisinə daim xüsusi diqqət yetirib, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə əhəmiyyətli tədbirlər həyata keçirib, tarixi əhəmiyyətli fərman və sərəncamlar imzalayıb. Ulu Öndərin göstərişi əsasında minlərlə azərbaycanlı gənc dünyanın ən tanınmış universitetlərində təhsil almağa göndərilib. Məhz həmin kadrlar bu gün Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin möhkəmləndirilməsində və quruculuq prosesində fəal iştirak edirlər. Dahi lider həm təhsilin məzmunu, mahiyyəti, məqsədləri, səmərəli təşkili, müəllim əməyi, şagirdlərin və tələbələrin vəzifələri barədə dəyərli fikirlər söyləyib, həm də Azərbaycan təhsilinin hərtərəfli yüksəlişi qayğısına qalıb, illər bоyu bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirib. Ulu Öndər ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə alıb, yüksək dəyərləndirib. Ümummilli Lider deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”. Bütün ekspertlər vurğulayır ki, istənilən bir ölkədə siyasi kursda davamlılıq, sistemlilik və dəqiqlik olmasa, güclü müstəqil və milli dövlət qurmaq mümkün olmaz. Bu səbəbdən ölkə rəhbəri İlham Əliyevin xalqda sarsılmaz həmrəylik yaratmış siyasi fəaliyyəti Azərbaycan dövlətçiliyinin başlıca dayaqlarından biri kimi qəbul edilir. Prezident İlham Əliyev fəaliyyəti ilə bütün dünyaya sübut edib ki, Azərbaycanda dövlət quruculuğu əmin əllərdədir.

“Heydər Əliyevin parlaq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, layihələr, əldə olunan uğurlar, reallaşdırılan dövlət proqramları bu sahəyə olan dövlət qayğısının bariz nümunəsidir. Ümummilli Liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği şagirdlərin hərtərəfli vətəndaş kimi yetişdirilməsinə zəmin yaradır. Hər il ənənəvi olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində Milli Qurtuluş Günü münasibətilə müxtəlif tədbirlər keçirilir. Bu günün tarixi barədə məktəblilərə geniş məlumatlar verilir. Koronavirus (COVID-19) pandemiyası səbəbindən xüsusi karantin rejimi davam etdiyi üçün bu il Milli Qurtuluş Gününə həsr olunan tədbirlər onlayn şəkildə keçirilib. Tədbirlərin keçirilməsində əsas məqsəd məktəbliləri Milli Qurtuluş Gününün tarixi barədə məlumatlandırmaq, onlarda dövlətçilik tariximizə və müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev irsinə məhəbbət, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini aşılamaqdan ibarətdir. Məktəblilərin Ulu Öndərə olan məhəbbəti, onun həyat və fəaliyyəti haqqında yüksək məlumatlılıq səviyyəsi müvafiq tədbirlər vasitəsilə daha da möhkəmlənir, hər dəfə yeni baxışlarla, yeni yanaşmalarla sonsuz müdriklik ümmanına ayna tutulur. Bütün fəaliyyəti və şəxsi həyatı ilə nəsillərə böyük bir örnək olan milli təhsil sisteminin yaradıcısı, dahi şəxsiyyət Azərbaycan xalqının qəlbində daim yaşayacaq. Xalqın sevgisi, insanların qəlbindəki səmimi hisslər bunu deməyə əsas verir”, - deyə Rəşad Tağıyev qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib