Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu Öndərin amalları işığında gerçəkləşdirilən Böyük Qayıdış

Ulu Öndərin amalları işığında gerçəkləşdirilən Böyük Qayıdış

Bakı, 1 mart, AZƏRTAC

Hər zaman azərbaycanlı olması ilə fəxr edən və ömrünü Azərbaycan xalqının rifahına, inkişafına həsr edən dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev bu müqəddəs amal uğrunda əzmlə çalışıb, Azərbaycanı düşdüyü ən ağır bəlalardan, böhranlardan xilas edərək ona qurtuluş yolu açıb, xalqımızın işıqlı gələcəyi naminə ömrünü şam kimi əridib.

Bu fikirlər Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirovun “Ulu Öndərin amalları işığında gerçəkləşdirilən Böyük Qayıdış” sərlövhəli məqaləsindən yer alıb.

AZƏRTAC məqaləni təqdim edir.

Hələ Azərbaycanda ilk dəfə hakimiyyətdə olduğu illərdə sovet rejiminin məhdudiyyətlərinə, müəyyən çərçivələrinə baxmayaraq, respublikamızın hərtərəfli inkişafı üçün müstəsna əhəmiyyətli işlər həyata keçirən Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı Azərbaycanın qurtuluşu oldu. Ümummilli Lider Heydər Əliyev şəxsi əzmi və iradəsi sayəsində millətimizi, dövlətimizi üzləşdiyi ağır və böhranlı vəziyyətdən xilas etmək kimi tarixi və şərəfli missiyanı layiqincə yerinə yetirdi.

Düzdür, həmin vaxta qədər Azərbaycan özünün dövlət müstəqilliyini elan etmişdi, amma faktiki olaraq bu, formal xarakter daşıyırdı və hər an müstəqilliyimizin itirilməsi kimi dəhşətli bir reallıqla üz-üzə idik. Faktdır ki, 1991-1993-cü illərin iyununa qədərki həmin dövrdə Azərbaycan ictimai-siyasi sabitlik olmayan, qeyri-qanuni silahlı dəstələrin özbaşınalıq etdiyi, xaos yaratdığı bir ölkə idi. Digər tərəfdən də hakimiyyətdə olan antimilli qüvvələrin satqınlığı nəticəsində rayonlarımız bir-bir erməni təcavüzkarları tərəfindən işğal olunurdu. Belə ağır və çətin məqamda, məhvolma təhlükəsi qarşısında olduğu anda sanki Tanrı özü Ulu Öndər Heydər Əliyevi Azərbaycan üçün xilaskar göndərmişdi.

Buna görədir ki, Azərbaycanın müqəddəratının dəyişildiyi tarixi günü, 1993-cü il iyunun 15-ni xalqımız özünün Milli Qurtuluş Günü kimi qəbul edərək bayram kimi keçirir.

Milli prioritet

Ulu Öndər Heydər Əliyevin dövlət başçısı seçilməsindən qısa müddət sonra Azərbaycanın müstəqilliyinin, suverenliyinin təmin olunması üçün mühüm addımlar atıldı. İlk öncə ölkədə ictimai-siyasi sabitliyi bərpa edən Ümummilli Lider Azərbaycanın siyasi, sosial-iqtisadi, mədəni inkişafına hesablanmış mühüm qərarlar qəbul etdi.

Ulu Öndərin həmin dövrdə Azərbaycan naminə əldə etdiyi ən böyük tarixi uğur isə Ermənistanla ölkəmiz arasında atəşkəs razılaşması əldə edilməsinə nail olması oldu. Bundan sonrakı mərhələdə isə böyük siyasətçi Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpası və torpaqlarımızın işğaldan azad olunması istiqamətində beynəlxalq platformalarda mühüm işlər gördü və imkan vermədi ki, Azərbaycanın Ermənistan tərəfindən üzləşdiyi işğalçılıq faktı qərəzli beynəlxalq təşkilatlar, ölkələr tərəfindən ört-basdır edilsin və gündəlikdən çıxarılsın.

Ümummilli Liderin həmin dövrdə qarşısına qoyduğu digər vacib məsələ isə öz dədə-baba yurdlarından zorla didərgin salınan məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması idi.

Ulu Öndər hər zaman çıxışlarında qaçqın və məcburi köçkünlərin problemlərinə toxunur, həmin insanların ağrı-acılarını, çətinliklərini bölüşdüyünü ifadə edərək söyləyirdi: "Biz əlimizdən gələni edirik ki, sizin yaşayışınız müəyyən qədər normal olsun. Amma aydındır ki, yerini, yurdunu itirmiş insanların yaşayışı çətindir. Bu, sizi də, bizi də incidir".

Özünün də vurğuladığı kimi, qaçqın və məcburi köçkünlərin çətin yaşam şəraiti Ulu Öndəri daim narahat edirdi. Dəfələrlə çadır şəhərciklərinə yollanaraq oradakı vətəndaşlarımızın ağır şəraiti ilə şəxsən tanış olan dahi rəhbər problemlərdən çıxış yolları arayırdı və bu istiqamətdə əlindən gələn hər şeyi edirdi.

1994-cü ildə "Əsrin müqaviləsi" ilə Ulu Öndərin Azərbaycanda təməlini qoyduğu uğurlu neft strategiyası sayəsində əldə edilən ilk vəsaitin qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilməsi hər birimizin yaddaşındadır. Eləcə də böyük şəxsiyyətin tükənməz səyləri sayəsində məcburi köçkünlərin çox çətin şəraitdə yaşamağa məcbur olduqları çadır düşərgələrinin mərhələli şəkildə ləğvinə başlanılmışdı.

2001-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanlarına uyğun olaraq, Biləsuvar, Füzuli və Ağdam rayonlarının ərazisində 5081 ailədən ibarət 22 min 800 məcburi köçkün üçün bütün zəruri sosial-texniki infrastrukturu ilə birlikdə 20 qəsəbə salınmış və Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi 2003-cü ilin iyun ayında ləğv edilmişdi.

Ulu Öndər Heydər Əliyevin gündəliyində duran milli prioritet isə torpaqlarımızın işğaldan azad edilməsi və yurdlarından zorla didərgin salınan vətəndaşlarımızın tarixi torpaqlarına qayıdışı idi. Gec və ya tez Azərbaycanın öz ərazi bütövlüyünü təmin edəcəyinə qəti şəkildə əmin olan Heydər Əliyev bu sarsılmaz inamını belə ifadə etmişdi: "Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə gələcəyəm Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm".

Xilaskarlıq missiyası

Ümummilli Liderin ümid və inamla dolu həmin tarixi çıxışındakı arzusunu isə fenomen şəxsiyyətin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev 2020-ci ildə qətiyyətlə gerçəkləşdirdi. 44 günlük Vətən müharibəsi zamanı "dəmir yumruğu"nun bir həmləsi ilə düşməni məğlubiyyətə uğradan Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızı 30 illik erməni işğalından azad etdi, yurdlarından didərgin salınmış keçmiş məcburi köçkünlərin vətən həsrətinə son qoydu.

Bir məqamı da vurğulayım ki, hələ torpaqlarımız işğalda olduğu müddət ərzində də qaçqın və məcburi köçkünlərin problemlərinin həlli daim Prezident İlham Əliyevin diqqətində idi. Təkcə bu nümunələri gətirək ki, dövlət başçısı İlham Əliyev 2003-2007-ci illər ərzində Azərbaycanda bütün çadır şəhərciklərini ləğv etmiş, eləcə də 2020-ci ilə qədər ölkədə məcburi köçkünlər üçün 100-dən çox qəsəbə-şəhərcik salınmışdı.

Lakin Ulu Öndər amallarını müvəffəqiyyətlə gerçəkləşdirən Prezident İlham Əliyevin əsl məram və məqsədi torpaqlarımızı işğaldan azad etmək və məcburi köçkünlərimizi öz yurdlarına qaytarmaq idi. Buna görə də ötən illər ərzində Azərbaycanın beynəlxalq arenada mövqelərini möhkəmləndirən, ölkənin iqtisadiyyatını gücləndirən dövlət başçısı İlham Əliyev müasir ordu quruculuğuna diqqəti artıraraq Silahlı Qüvvələrimizi dünyanın ən güclüləri sırasına yüksəltdi.

Sadalanan bu nailiyyətlər sayəsində də Azərbaycan Vətən savaşında cəmi 44 gün ərzində təcavüzkar Ermənistanı kapitulyasiyaya məcbur etdi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmənin külünü göyə sovurdu.

Özüm də kəlbəcərli olaraq məcburi köçkünlüyün ağrı-acısını illərlə yaşamış biri kimi deyim ki, xilaskar liderimiz İlham Əliyev bizə "Əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz..." müjdəsini verəndə sevinc gözyaşlarına boğulduq, illərdir həsrətində olduğumuz yurdlarımıza tezliklə dönəcəyimizin xoşbəxtliyini yaşadıq.

Böyük Qayıdış sevinci

Vətən müharibəsindən dərhal sonra qurucu Liderimiz İlham Əliyevin rəhbərliyi və şəxsi nəzarəti altında işğaldan azad edilmiş torpaqlara yenidən həyatı qaytarmaq üçün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı tikinti və quruculuq işlərinə start verilib. Hazırda 30 il ərzində düşmənin viranə qoyduğu yurdlarımız əsl cənnətməkana çevrilir. İşğaldan azad edilən torpaqlarımızda müasir infrastruktur qurulur, yollar çəkilir, tunellər salınır, beynəlxalq hava limanları tikilib istifadəyə verilir. Bölgənin hərtərəfli inkişafına mühüm töhfə olan bu hava limanlarından ikisinin - Füzuli və Zəngilan hava limanlarının Prezident İlham Əliyev tərəfindən açılışı olub, Laçın Beynəlxalq Hava Limanının isə sürətli tikintisi gedir.

Artıq Böyük Qayıdışa da uğurlu start verilib və "ağıllı kənd" konsepsiyası ilə yenidən qurulmuş Zəngilanın Ağalı kəndinin sakinləri öz isti od-ocaqlarına qayıdaraq xoşbəxt həyata başlayıblar. Tezliklə digər işğaldan azad olunan rayonlarımıza da qayıdış köçü başlayacaq.

Qalib Liderimiz İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri zamanı bu ərazilərimizdə gerçəkləşdirilən irimiqyaslı tikinti quruculuq işlərinin şahidi oluruq. O cümlədən də Kəlbəcərdə nəhəng layihələr gerçəkləşdirilir. Kəlbəcər rayonunun mürəkkəb coğrafi şəraiti nəzərə alınaraq, Murovdağın altı ilə çəkilən uzunluğu 12 kilometrə yaxın olan tunel rayonumuzun inkişafında misilsiz rol oynayacaq. Ötən il iyunun 26-da Kəlbəcərə səfər edən Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər rayonunun inkişafı ilə bağlı konsepsiyanın hazır olduğu şad xəbərini bizə verdi. Artıq rayonda hərbi hissələr, bəzi qurumlar fəaliyyət göstərir.

Baş planında təbii gözəlliyi ehtiva olunan Kəlbəcər şəhərində yaşayış binaları, məktəb, xəstəxana, dövlət başçısının göstərişinə əsasən, aşıq mərkəzi inşa ediləcək. Xilaskar rəhbərimiz İlham Əliyev tərəfindən Kəlbəcərin simvolu "İstisu" sanatoriyasının təməli də qoyulub. Bir sözlə, işğaldan azad olunan digər rayonlarımızda olduğu kimi, Kəlbəcərə də həyat qaytarılır.

Ulu Öndərin ideyalarını yaşadan Heydər Əliyev Fondu

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Ulu Öndərin amallarını yaşadan, ideyalarını gerçəkləşdirən Heydər Əliyev Fondu da işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərinə töhfə verir. Xüsusilə də fond tərəfindən Qarabağ və Şərqi Zəngəzurda tarixi, mədəni, dini irsimizin bərpası istiqamətində mühüm layihələr həyata keçirilir.

Bir sözlə, Azərbaycan dövləti Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması, illərdir torpaq həsrəti ilə yaşayan insanlarımızın yurdlarına qovuşması üçün böyük işlər gerçəkləşdirir.

Bu tarixi uğurlar isə vaxtilə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi qayıdış siyasətinin dövlət başçısı İlham Əliyev tərəfindən müvəffəqiyyətlə reallığa çevrilməsidir.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ərəfəsində torpaqlarımızı işğaldan azad edərək Böyük qayıdışı gerçəkləşdirən xilaskar lider İlham Əliyev bununla həm də müqəddəs ata nəsihətini yerinə yetirib və azərbaycanlı olmağı ilə fəxr edən, xalqının, dövlətinin rifahı naminə ömrünü şam kimi əridən Ulu Öndərin ruhunu şad edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib