Ulu Öndərin anadan olmasının 93 illiyi münasibətilə Suraxanıda abadlıq işləri görülüb
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibətilə Suraxanı rayonunda silsilə tədbirlər keçirilir.
Tədbirlər planına uyğun olaraq rayonun təhsil, səhiyyə, sənaye və digər müəssisələrində Ümummilli Liderin xatirəsi yad edilir. Rayon ərazisində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, yeni abad məhəllələr salınır, ağac, gül, bəzək kolları əkilir.
Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı, ölkəmizdə ekologiyanın qorunmasına, ətraf mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirib və genişmiqyaslı tədbirlər həyata keçirib. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ətraf mühitin sağlamlaşdırılması siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Hər il yüz minlərlə ağac əkilir, yeni-yeni yaşıllıq zolaqları salınır.
Mayın 7-də ulu öndər Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibətilə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən növbəti ümumrayon iməciliyi Bülbülə gölünün ətrafında baş tutub. Beş yüz nəfərin iştirak etdiyi iməcilikdə gölün ətrafı məişət tullantılarından təmizlənib, texnika ilə hamarlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]