İQTİSADİYYAT
Ulyanovsk Azərbaycanla dostluq əlaqələrini genişləndirmək niyyətindədir
![Ulyanovsk Azərbaycanla dostluq əlaqələrini genişləndirmək niyyətindədir](/files/2019/2/1200x630/15647300096530650013_1200x630.jpg)
Moskva, 2 avqust, AZƏRTAC
Rusiyanın Ulyanovsk vilayəti ixrac üzrə xarici tərəfdaşları, o cümlədən Azərbaycanla təkcə iqtisadi deyil, həm də dostluq əlaqələrini möhkəmlətmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, vilayətin qubernatoru Sergey Morozov bu fikirləri Beynəlxalq və Regionlararası Əlaqələrin İnkişafı Nazirliyi yanında İctimai Şuranın iclasında səsləndirib.
Qubernator bildirib ki, Ulyanovsk Azərbaycan, İran, Əlcəzair, Belarus, Almaniya və digər ölkələrlə ixracat sahəsində əməkdaşlıq edir, lakin onlarla sıx əlaqələr hələ də yaradılmayıb. O vurğulayıb ki, bu ölkələrlə təkcə ticarət deyil, həm də dostluq əlaqələri möhkəmləndirilməlidir. “Biz bu ölkələrin mentalitetini, mədəniyyətini, işgüzar və siyasi əlaqələrini öyrənməliyik ki, onlarla əsl dost ola bilək”, - deyə S.Morozov bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva