ÜMİDLƏRİ DOĞRULTMAYAN ŞEVÇENKO
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “The Sun” qəzeti İngiltərə premyer-liqasında son 20 ildə oynamış və ya hazırda oynayan xarici ölkə futbolçuları arasında bir növ “ümidləri doğrultmayanların reytinqi”ni oxucuların diqqətinə çatdırmışdır.
Bu cədvələ 45 milyon avro məbləğində transfer nəticəsində İtaliyanın “Milan” klubundan “Çelsi”yə keçmiş Ukrayna yığma komandasının hücumçusu Andrey Şevçenko başçılıq edir. Qəzetin qənaətinə görə, A.Şevçenko İngiltərə çempionatının ən uğursuz və məyusedici xarici oyunçusudur.
Cədvəldə beşinci yerdə uzaq illərdə Kiyevin “Dinamo” klubunda Şevçenko ilə birlikdə oynamış daha bir ukraynalı - Sergey Rebrov qərarlaşmışdır. “Tottenhem” klubu tərəfindən 16 milyon avroya alınmış S.Rebrov hazırda Rusiya çempionatının lideri Kazanın “Rubin” komandasında oynayır və yaşıl meydançaya nadir hallarda çıxır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:32]
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb
- 10.10.2026 [20:49]
Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib
- 10.10.2026 [20:34]
Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]