Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığması Belarus komandasına qalib gəlib
Bakı, 9 sentyabr, AZƏRTAC
Bu gün ikinci onlayn Ümumdünya Şahmat Olimpiadasının top divizionunda növbəti 3 turun oyunları keçirilir.
AZƏRTAC xəbər verir ki, B qrupunda mübarizə aparan komandamız ilk görüşündə Belarus yığmasına 3:2 hesabla qalib gəlib, ikinci qarşılaşmasında isə Hindistan seçməsinə 0,5:2,5 hesabla uduzub. Yığmamız günün son qarşılaşmasını Moldova komandasına qarşı keçirəcək.
Qeyd edək ki, dünən keçirilmiş üç turdan sonra 3 xalla komandamız 10 yığma arasında 5-ci pillədə qərarlaşıb.
Şahmatçılarımız hər gün 3 oyun keçirəcəklər.
Yığma komandamızın əsas heyəti Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayevadan ibarətdir. Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Məhəmməd Muradlı və Gövhər Beydullayeva isə ehtiyat oyunçular sırasında yer alıblar.
Qrupda ilk iki yeri tutan komanda pley-offa yüksələcək. Birinci divizionun oyunları sentyabrın 10-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]
Azərbaycan Premyer Liqasında VIII tur start götürür
- 16.10.2026 [01:49]
UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib
- 16.10.2026 [01:43]
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]