Ümumdünya Şahmat Olimpiadası: Komandamız Moldova yığmasına böyük hesabla qalib gəlib
Bakı, 9 sentyabr, AZƏRTAC
İkinci onlayn Ümumdünya Şahmat Olimpiadasının top divizionunda Azərbaycan komandası növbəti üç oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, B qrupunda mübarizə aparan komandamız günün sonuncu qarşılaşmasında Moldova yığması ilə üz-üzə gəlib. Şahmatçılarımız rəqibi 5:1 hesabı ilə məğlubiyyətə uğradıblar.
Qeyd edək ki, ilk görüşdə Belarus yığmasına 3:2 hesabı ilə qalib gələn təmsilçilərimiz sonrakı oyunda Hindistan komandasına uduzublar - 2:4.
Başa çatan 6 turun nəticələrinə əsasən, Azərbaycan komandası 7 xalla dördüncü sırada qərarlaşıb. Hindistan 11 xalla turnir cədvəlinə liderlik edir.
Yığma komandamızın əsas heyəti Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayevadan ibarətdir. Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Məhəmməd Muradlı və Gövhər Beydullayeva isə ehtiyat oyunçular sırasında yer alıblar.
Qrupda ilk iki yeri tutan komanda pley-offa yüksələcək. Birinci divizionun oyunları sentyabrın 10-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]
Azərbaycan Premyer Liqasında VIII tur start götürür
- 16.10.2026 [01:49]
UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib
- 16.10.2026 [01:43]
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]