Ümummilli lider Heydər Əliyevin xatirəsi Almatıda da anılıb
Almatı, 14 dekabr, AZƏRTAC
Qazaxıstanın Almatı şəhərində Azərbaycanın bu ölkədəki səfirliyi “Ozan” Azərbaycanlılar İctimai Birliyi ilə birgə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirib.
Tədbirdə qazaxıstanlı ziyalılar, diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Qazaxıstandakı səfirliyimizin müşaviri Nizami Rüstəmov çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, onun Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında, möhkəmləndirilməsində və ölkəmizdə sabitliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən danışıb. O, ölkəmizdə müstəqil, mütərəqqi və siyasi cəhətdən sabit inkişaf modelinin əsasının məhz Ulu Öndər tərəfindən qoyulduğunu, eləcə də bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
“Ozan” Azərbaycanlılar İctimai Birliyinin sədri Qərib Məmmədov və digər iştirakçılar çıxış edərək ulu öndər Heydər Əliyevin həyat yolundan, o cümlədən Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən danışıblar. Ümummilli Liderin təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ən önəmli siyasətçilərindən biri olduğu qeyd edilib.
Mərasimdə ulu öndər Heydər Əliyevin ruhuna dualar oxunub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- [09:00]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [18:17]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [18:09]