UNEC-də maliyyə təlimlərinə start verilib
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) müəllimlərin peşəkarlığının artırılması məqsədilə növbəti layihəyə start verilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Bloomberg Maliyyə laboratoriyasında universitetin seçilmiş 10 müəllimi üçün peşəkar ekspertlər tərəfindən ödənişsiz maliyyə təlimlərinə başlanılıb. Təlimlər həftənin şənbə günləri keçirilir.