UNEC-də Ulu Öndərə həsr olunmuş rəsm sərgisinin qalibləri mükafatlandırılıb
Bakı, 11 may, AZƏRTAC
UNEC Dizayn Məktəbi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş rəsm sərgisi keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, sərgidə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən rəsm əsərləri təqdim olunub. Müsabiqə yolu ilə münsiflər heyəti tərəfindən seçilmiş rəsm əsərləri arasından qaliblər müəyyən edilib. UNEC Dizayn Məktəbinin tələbələri Ruhəngiz Minacəddinova I, Cəmil Niftəlizadə II, Ayşən Cahangirova isə III yerə layiq görülüb.
Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən qaliblərə pul mükafatı, hədiyyə və diplomlar təqdim edilib.