UNEC ilə “Profity Academy” arasında memorandum imzalanıb
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (BMDM) məzunlar birliyi və “Profity Academy” təlim və konsultasiya şirkəti arasında memorandum imzalanıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, imzalanmadan öncə tərəflərin birgə fəaliyyətləri istiqamətləri üzrə görüləcək işlər və perspektivlər müzakirə olunub. Sənəddə tərəflərin birgə kommunikasiya alətlərindən istifadəsi nəzərdə tutulub.
“Profity Academy” təlim və konsultasiya şirkətinin direktoru Vüsal Sultanlı UNEC ilə əməkdaşlığın əhəmiyyətindən danışıb. O, şirkət tərəfindən həyata keçirilən “Qadın gülərsə” sosial məsuliyyət layihəsinin BMDM məzunlar birliyi ilə birgə fəaliyyət göstərəcəyini diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [19:51]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]