UNEC-in dosenti müəllimlər üçün mübadilə proqramı çərçivəsində Macarıstanda olub
Bakı, 19 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Rus İqtisad Məktəbinin İqtisadiyyat kafedrasının (rus dilli) sənayenin təşkili və idarə edilməsi və sosial iş ixtisasları üzrə rəhbəri dosent Lalə Həmidova Macarıstanın Debrecen Universitetində mübadilədə olub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, L.Həmidova “Erasmus+” müəllimlər üçün mübadilə proqramı çərçivəsində strateji menecment fənni üzrə “Firmanın xarici makromühitinin təhlili, PEST-təhlil” mövzusu üzrə mühazirələr aparıb. Mühazirə dərsləri Debrecen Universiteti tərəfindən müsbət qiymətləndirilib.
Mübadilə çərçivəsində Lalə Həmidova İqtisadiyyat və biznes fakültəsinin kafedra müdiri professor Andraş Nabradi, strateji menecment ixtisası üzrə müəllimlər Madai Hajnalka və Bitner Beata, Serbiyanın Novıy Sad Universitetindən “Erasmus+” mübadilə proqramında iştirak edən professor Todor Markoviçlə görüşüb.
Görüşdə UNEC-lə həmin universitetlər arasında birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]