UNEC-in gənc əməkdaşı dünyanın nüfuzlu elmi jurnalının elmi redaktoru seçilib
Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının rəhbəri Nərgiz Hacıyeva dünyanın ən çox istinad edilən 3-cü və 6-cı ən böyük tədqiqat nəşriyyatı və açıq elm platforması olan, İsveçrənin Lozanna şəhərində yerləşən “Frontiers”lə əməkdaşlığa başlayıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, “Frontiers”in elmi nəşrlərindən biri olan “Frontiers in Political Science” jurnalına elmi redaktor təyin edilən N.Hacıyeva UNEC-i “Frontiers”də təmsil edəcək.
Jurnalın digər iki redaktoru isə İsveçrənin Lozanna və Cenevrə Universitetinin dosenti Jan Erik, eyni zamanda Sürix Universitetinin empirik metodlar üzrə tanınmış professoru Marko Stenbergendir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]