UNEC MBA proqramına üç yeni ixtisas əlavə olunub
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Biznes Məktəbində MBA proqramı üzrə 3-ü yeni olmaqla 20 ixtisaslaşmaya qəbul həyata keçirilir.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, yeni ixtisaslaşmalara qəbul beynəlxalq logistika və təchizat zəncirinin idarə edilməsi, kibertəhlükəsizlik, vergi idarəetməsi və vergi planlaşdırması üzrə aparılır.
Qeyd edək ki, MBA proqramı məzunlara rəhbərlik keyfiyyətlərini təkmilləşdirmək, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərini yüksəltmək, iхtisaslarını davamlı olaraq artırmaq, müasir biznes informasiyalarını araşdırmaq, analitik düşünmə və qərarvermə qabiliyyəti qazanmaq hüququ verir, eləcə də onların müəssisə və təşkilatların idarə olunmasında məsul vəzifələr tutmasına imkan yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]