UNEC tələbə jurnalı təsis edib
Bakı, 31 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tarixində ilk dəfə tələbə jurnalı təsis edilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
“UNEC Tələbə Tədqiqatları Jurnalı”nın təsis edilməsində əsas məqsəd yüksək intellektə malik gənclərin əsərlərinin çapına və yayılmasına dəstək göstərməklə, onların elmə cəlb olunmasını təmin etməkdir. Həmçinin tələbələr arasında elmi biliklərin sərbəst mübadiləsinə şərait yaratmaq və elmin inkişafına töhfə verməkdir. Jurnal UNEC Tələbə Elmi Cəmiyyəti tərəfindən koordinasiya olunacaq.
İlk nömrəsi “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan jurnal hələlik ildə iki dəfə nəşr ediləcək. Jurnala məqalələr UNEC-dəki tədris dillərinə uyğun olaraq Azərbaycan, türk, ingilis və rus dillərində qəbul ediləcək.
Jurnalda çap olunmaq istəyən bakalavr, magistrant və doktorantlar məqalələrini [email protected] e-ünvanına göndərə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [19:51]
Ankara Universitetinin rektoru TAU-da olub
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]