UNESCO: “Hirkan meşələri” transmilli nominasiya sənədi Ümumdünya İrs Mərkəzinə təqdim edilib
Paris, 2 fevral, AZƏRTAC
Azərbaycan Respublikası və İran İslam Respublikasının birgə hazırladığı “Hirkan meşələri” adlı transmilli nominasiya sənədi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün Ümumdünya İrs Mərkəzinə təqdim edilib.
AZƏRTAC xəbər verir ki, nominasiya sənədini Azərbaycan Respublikası adından ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev, İran İslam Respublikası adından isə mədəni irs nazirinin müavini Məhəmməd Həsən Talebiyan imzalayıblar.
“Hirkan meşələri” nominasiya sənədi 2022-ci ilin iyun-iyul aylarında keçiriləcək Ümumdünya İrs Komitəsinin 45-ci sessiyası zamanı Komitə üzvləri tərəfindən nəzərdən keçiriləcəkdir.
Hirkan meşələri ilk dəfə olaraq 2019-cu ilin iyun-iyul aylarında Bakıda keçirilən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası zamanı İran İslam Respublikası tərəfindən siyahıya daxil edilib və Azərbaycan tərəfi sözügedən nominasiyaya qoşulmağa dəvət olunub.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:23]
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib
- 04.10.2026 [18:01]
“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib
- 04.10.2026 [17:30]
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
- 04.10.2026 [14:19]
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib
- 04.10.2026 [14:01]
Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub
ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb
- 04.10.2026 [23:37]
Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb
- 04.10.2026 [23:06]
GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir
- 04.10.2026 [22:32]
Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB
- 04.10.2026 [22:13]
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
- 04.10.2026 [21:23]
Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq
- 04.10.2026 [21:04]