UNİBANK “AL KART” KREDİT KARTLARI EMİSSİYALARININ PROQNOZLAŞDIRILAN SÜRƏTİNİ ÜSTƏLƏYİR
UniBankın pərakəndə satış üzrə direktoru Faiq Zeynalov demişdir: “Al Kart” layihəsi bu ilin iyulunda reallaşdırılmağa başlanmışdır, lakin ilk 4 ay ərzində həmin məhsul üzrə kredit portfeli proqnoz göstəricilərini xeyli qabaqlamışdır. Beləliklə, “Al Kart”ın satış dinamikası hazırda belə güman etməyə əsas verir ki, UniBank gələcəkdə istənilən məqsədlər üçün kredit bazarında öz payını xeyli artıracaqdır”.
UniBank “Al Kart” brendini bu il iyulun 3-də təqdim etmişdir. Bank bu ad altında “Nə istəsən al” devizi ilə reallaşdırılan kredit kartı buraxmışdır. İstənilən məqsədlər üçün müstəqil kredit məhsulunun buraxılması bankın apardığı irimiqyaslı marketinq tədqiqatlarının nəticəsi olmuşdur. UniBank bu məhsulu dəstəkləmək çərçivəsində ikimərhələli reklam kampaniyası keçirmişdir.
Beləliklə, bankın müştəriləri “Al Kart” sayəsində istənilən malın və xidmətin haqqını ödəmək imkanı qazanırlar. Bundan əlavə, “Al Kart” alan müştəri bura şəxsi vəsaiti hesabına əlavə əmanət də qoya bilər.
Bu layihə çərçivəsində bank hər bir müştəriyə kredit xətli kart almağı təklif edir. Kredit xəttinin məbləği 500-3000 ABŞ dolları, yaxud Azərbaycan manatı arasındadır. Kredit xətti illik 26 faizlə verilir. Bu faizlər kreditin istifadə olunmuş məbləğinin üstünə gəlir. Bundan əlavə, faizlər hər ayın 6-da hesablanır ki, kredit xəttinin vəsaitindən güzəşt nəzərdə tutulan dövr ərzində tamamilə pulsuz istifadə etməyə imkan verir. Güzəşt dövrünün müddəti isə 30 təqvim gününə çata bilər.
Müştəri kart hesabını öz vəsaiti hesabına artırdıqda isə UniBank illik 5 faizi kart hesabının depozit hissəsinin üstünə gəlməyi öhdəsinə götürür.
Kart 1 il müddətinə verilir.
“Al Kart”dan həm ölkə daxilində, həm də xaricdə istifadə etmək olar.