Azərbaycan Dövlət İnformasiya Agentliyi

USAID yardım, yoxsa kəşfiyyat təşkilatıdır? - ARAŞDIRMA

USAID yardım, yoxsa kəşfiyyat təşkilatıdır? - ARAŞDIRMA

Bakı, 5 dekabr, AZƏRTAC

Bu günlərdə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı fəaliyyəti ilə bağlı ciddi və tutarlı faktların yer aldığı tənqidi məqalələr yayımlanıb. Yaxın keçmişə nəzər saldıqda, məlum olur ki, USAID-in ciddi problemlər yaşadığı, daha doğrusu yaratdığı ilk ölkə Azərbaycan deyil. Fəaliyyət göstərdiyi müddətdə bu təşkilatın adı dəfələrlə ölkələrin daxili işlərinə qarışmaqda, radikal müxalifəti maliyyələşdirməkdə, gizli kəşfiyyat fəaliyyəti aparmaqda hallanıb. AZƏRTAC həmin faktlardan bəzilərini təqdim edir.

“Kuba Twitter”i

2014-cü ilin aprelində “Associated Press”in USAID-in Kubada iğtişaşları qızışdırmaq üçün “Kuba Twitter”i yaratmasına dair araşdırma yazısı yayımlanıb. Yazıda qeyd olunur ki, “Zun Zuneo” adlandırılan proqram vasitəsi ilə kubalılar bir-birlərinə hava, futbol və yeni xəbər barədə mətn mesajları göndərirlər. Əslində, məqsəd o idi ki, kifayət qədər izləyici yığdıqdan sonra “Zun Zunepo” siyasi dəyişiklik üçün katalizator rolunu oynasın...

Araşdırmaya əsasən, layihə siyasi iğtişaş yaratmağa nail olmadı.

Yeri gəlmişkən, USAID-in o zamankı rəhbəri Raciv Şah MSNBC-yə müsahibəsində Kuba layihəsini müdafiə etmişdi.

Bu, USAID-in Kuba ilə yaşadığı ilk hadisə deyil. 2011-ci ildə də USAID-lə müqavilə ilə işləyən Alan Qross peyk mobil telefonları və internet avadanlıqlarını qanunsuz şəkildə Kubaya gətirdiyi və payladığı üçün 15 il azadlıqdan məhrum edilmişdi. Bu planın ABŞ-ın Kubanın o zamankı Prezidenti Raul Kasronun hakimiyyətini zəiflətmək məqsədi ilə etdiyi deyilir. 2011-ci ildə Alan Qross məhkəmədə aldadılaraq ondan istifadə edildiyini açıqlayıb.

Boliviya xalqına və hökumətinə qarşı sui-qəsd...

“Vaşinqtonda hələ də dominantlıq və boyunduruq altına alma siyasəti hökm sürür”. 2013-cü ilin mayına Latın Amerikasının digər ölkəsi Boliviyanın o zamankı Prezidenti Evo Morales USAID-in ölkəsində fəaliyyətini qadağan olunması ilə bağlı açıqlamasında bu fikirləri səsləndirib.

O, agentliyi Boliviya xalqına və onun hökumətinə qarşı sui-qəsd törətməkdə ittiham edib.

Ekvadorda siyasi proseslərə təsir etmək cəhdləri

Boliviya ilə olan qalmaqaldan bir neçə ay sonra 2013-cü ilin dekabrında Ekvador hökuməti ABŞ Beynəlxalq İnkişaf Agentliyinə ikitərəfli əməkdaşlığı tənzimləyən yeni razılaşma əldə olunana qədər yeni proqramlar həyata keçirə və ya mövcud proqramları uzada bilməyəcəyi barədə məlumat yaydıqdan sonra ABŞ hökuməti bu ölkə üçün 32 milyon dollarlıq yardımı ləğv etdi. Ekvador XİN-in bəyanatında da qeyd olunurdu ki, qərar USAID-in qrantlar vasitəsilə siyasi proseslərə təsir etmək cəhdləri ilə bağlıdır.

Venesuelada çevriliş cəhdi

Venesuelanın keçmiş Prezidenti Uqo Çaves də dəfələrlə çıxışlarında ABŞ-ın onu devirməyə cəhd etdiyini açıqlayıb. Bu iddialar yalnız onun ölümündən sonra (2013-cü ildə) “Wikileaks”ın ortaya çıxardığı dəlillərdə öz təsdiqini tapıb. Dəlillərdə ABŞ-ın Çavesin siyasi nüfuzuna təsir, “Çavismo”nu parçalamaq və Çavesi beynəlxalq səviyyədə təcrid etmək yolu ilə hökuməti sarsıtmaq strategiyası göstərilib. Strategiyanın USAID-in Keçid Təşəbbüsləri Ofisi tərəfindən icra olunması nəzərdə tutulmuşdu. Yuxarıda sadalanan və aşağıda qeyd olunacaq bütün təşəbbüslər də məhz bu ofis tərəfindən icra edilirdi.

USAID-in Rusiyadakı fəaliyyəti

USAID-in Latın Amerikası ölkələrində siyasi proseslərə təsir etmək cəhdlərinə etiraz olaraq 2012-ci ilin iyununda Amerika Xalqı naminə Bolivari Alyansı (ALBA) Braziliyanın Rio de Janeyro şəhərində keçirilmiş toplantı zamanı Boliviya, Kuba, Ekvador, Venesuela və başqa ölkələrin hökumətlərinin imzası ilə USAID-in üzv ölkələrdən çıxarılmasına dair bəyanat qəbul ediblər.

Həmin vaxt Latın Amerikasında gərgin əlaqələr davam edərkən USAID artıq Rusiyadan çıxarılmışdı.

Belə ki, 2012-ci ilin sentyabrında Rusiya Prezidenti Vladimir Putin USAID-in ölkənin suverenliyinə təhlükə törətməsi ittihamı ilə təşkilatın bu ölkədəki fəaliyyətini dayandırıb. Qeyd etmək yerinə düşər ki, bu hadisə Rusiyanın Qərblə münasibətlərinin kəskin pisləşməsindən çox əvvəl baş verib.

Agentliyin Afrikada çevriliş cəhdləri

USAID bənzər fəaliyyətlərini Afrikada da həyata keçirib. Məsələn, 2014-cü ilin fevralında Keniya Nazirlər Kabinetinin katibi Frensis Kimemia bəyan edib ki, onun hökumətində USAID-in hökuməti devirmək məqsədilə Nayrobidə etiraz aksiyaları təşkil etmək üçün fəallarla iş gördüyünə dair sübutlar var.

Daha əvvəl isə 2011-ci ildə Misirdə Hüsni Mübarəkin devrilməsindən sonra yeni hökumətin qurulması prosesinə qarışmaq istəyən ABŞ-la inqilabdan sonra qurulmuş müvəqqəti hökumət arasında gərginlik baş verib. Polisin yardım təşkilatları arasında keçirdiyi reydlə əlaqədar USAID-in direktoru bu ölkəni tərk etmək məcburiyyətində qalıb. O, ölkəni tərk edərkən həm USAID-in, həm ABŞ-da fəaliyyət göstərən Milli Demokratiya İnstitutu, Milli Respublika İnstitutu adlı qeyri-kommersiya təşkilatlarına məxsus kompüter və yazıları özləri ilə aparıb.

Təşkilat Macarıstanın da daxili işlərinə qarışıb

Faktlar göstərir ki, USAID-in ölkələrin daxili işlərinə qarışmaq cəhdləri hələ də davam edir. 2023-cü ilin əvvəlində USAID-in rəhbəri və Bayden Administrasiyasında aparıcı fiqur olan Samanta Pauer Macarıstana səfər edib. Macarıstanda bəzi dairələr bu səfərin ölkənin daxili işlərinə qarışmaq niyyəti ilə edildiyini deyirdi. Səfər zamanı Samanta Pouerin hökumət əleyhinə düşərgədən bir sıra tanınmış şəxslərlə görüşməsi ölkədə ciddi narahatlıq yaradıb.

Mərkəzi Kəşfiyyat İdarəsi və USAID

Amerikanın ifrat sağçı xəbər kanalı olan “The Epoch Times” bu il avqustun 28-də Demokratlar Partiyasından prezidentliyə namizəd, ABŞ Prezidenti olmuş Con Kennedinin qardaşı oğlu Robert Kennedinin (oğul) ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin bütün dünyada özünə yaxın medianı maliyyələşdirdiyinə dair çıxışını paylaşıb. “Dollar münasibətləri”nin mövcudluğuna dair Venesiya Milli Komissiyasının açıqladığı hesabat fonunda Kennedinin bəyanatı xüsusilə diqqət cəlb edir. Kennedi bildirir ki, Mərkəzi Kəşfiyyat İdarəsi dünyada jurnalistikanın ən böyük dəstəkçilərindən hesab olunur və dəstək USAID vasitəsi ilə həyata keçirilir. Bu çıxış göstərir ki, “dollar mediası” nəinki mövcuddur, həm də onun fəaliyyəti ABŞ-ın dairələri tərəfindən tənzimlənir. Qeyd etmək yerinə düşər ki, USAID 1960-cı illərdə məhz Kennedi administrasiyası tərəfindən yaradılıb.

USAID-in kəşfiyyat işinə cəlb olunması və yardım edilən ölkələrin daxili işlərinə qarışması uzun illərdən bəridir ki, danılmaz fakt kimi qəbul olunur. 1960-70-ci illərdə agentlik Mərkəzi Kəşfiyyat İdarəsinin hazırda bağlanmış İctimai Təhlükəsizlik Ofisi ilə əməkdaşlıq edib. ABŞ Hesablama Palatasının 1976-cı il hesabatına əsasən, bu ofis xarici polislərə terror və işgəncə texnikaları ilə bağlı təlim keçib. USAID hər zaman bu ittihamları rədd etsə də 1973-cü ildə Konqres bu ittihamların ABŞ-ın ictimai imicinə zərbə vurduğunu əsas gətirərək agentliyə öz ictimai təhlükəsizlik proqramını mərhələli şəkildə dayandırmağı tapşırıb. Xarici polis qüvvələrinin hazırlanması Mərkəzi Kəşfiyyat İdarəsi ilə birlikdə bu proqram vasitəsilə həyata keçirilirdi.

Proqram hazırda bağlanıb və indiyə kimi Vyetnam, Filippin, İndoneziya, Tailand və digər ölkələrdə minlərlə hərbçi və polis zabitlərinə treninq keçib.

Meksika Prezidenti Andres Manuel Obradorun 2023-cü ilin mayında verdiyi açıqlama da ABŞ-ın bir sıra ölkələr, o cümlədən Latın Amerikasında öz məqsədlərini həyata keçirmək üçün işləri davam etdiyini sübut edir. Meksika Prezidenti ABŞ-ı qonşularının daxili işinə qarışmaqda ittiham edib. O, ABŞ Prezidenti Cozef Baydenə bununla bağlı məktub ünvanlayaraq Vaşinqtonun Meksikanın Milli Müdafiə Katibliyinə qarşı təşkil edilmiş casusluq kampaniyasını pisləyib, habelə Dövlət Departamentinin yerli opponentləri maliyyələşdirməsindən şikayət edib. Bildirib ki, USAID onun təmsil etdiyi legitim və qanuni hökumətə qarşı çıxan təşkilatları maliyyələşdirir.

USAID həm qanunsuzluq edir, həm də qeyri-etik davranır

Halbuki USAID-in şüarlarında özlərinin hər işdə etik davrandıqları iddia olunur: “...Biz dürüst və şəffafıq səylərimizə görə cavabdehik və davamlı olaraq yüksək mənəvi standartı qoruyuruq. Etdiyimiz hər şeydə etik davranırıq. Biz həmkarlarımız, tərəfdaşlarımız və xidmət etdiyimiz şəxslərlə ədalətliyik və qarşılıqlı etimad münasibətləri qururuq. Biz bir-birimizə, tərəfdaşlarımıza və xidmət etdiyimiz insanlara hörmət nümayiş etdiririk”.

Lakin təşkilatın adının hallandığı qalmaqallar, ölkələrin daxili işinə qarışma və özünü yardım təşkilatından daha çox kəşfiyyat orqanı kimi aparması faktları burada qeyd olunanların əksini deməyə əsas verir. Məlum olur ki, bu təşkilat həm qeyri-etik davranır, həm ölkələrə qarşı hörmətsizlik edir, həm də bunları edərkən qanunları da ciddi şəkildə pozur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO