“Uşaq hüquqları: öyrənək və öyrədək” mövzusunda təlim keçirilib
Bakı, 6 aprel, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən paytaxtın Nəsimi rayonunda “Uşaq hüquqları: öyrənək və öyrədək” mövzusunda təlim keçirilib.
Dövlət komitəsindən AZƏRTAC-a bildiriblər ki, təlimdə rayon məktəblərinin bir qrup şagirdinə uşaq hüquqları barədə ətraflı məlumat verilib.
Təlimdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva ölkəmizdə uşaqlara qayğı dövlət siyasəti səviyyəsində həyata keçirildiyini bildirib. O, yeni nəsillin sağlam, tərbiyəli və bilikli böyüməsi ilə bağlı rayonda keçirilən davamlı layihələrdən söz açıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq problemləri şöbəsinin əməkdaşları Günel Nağdəliyeva və Fərid Ədilov təlimdə uşaq hüquqları ilə bağlı müzakirələr aparıblar. Sonda təlim mövzusunu əhatə edən videoçarxlar nümayiş olunub.