MƏDƏNİYYƏT
Uzaq sahillərdə” bədii filmi Sloveniyada nümayiş olunub
Vyana, 28 noyabr, AZƏRTAC
Sloveniyanın Nova-Qoritsa şəhərində “Uzaq sahillərdə” bədii filmi ilk dəfə sloven dilində nümayişi olub.
AZƏRTAC xəbər verir ki, “Mixaylo” ləqəbi ilə tanınan əfsanəvi Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin (1918-1944) vəfatının 80 illiyinə həsr olunmuş tədbir Şempas qəsəbəsinin mədəniyyət mərkəzində keçirilib. Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) dəstəyi ilə tərcümə edilmiş filmin nümayişi Azərbaycan-Sloveniya Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə reallaşıb. Filmi tamaşaçılara AKİ-nin katibi Tahir Tahiroviç təqdim edib.
Yerli ictimaiyyətin nümayəndələrinin və veteranların iştirakı ilə keçirilən tədbir maraqla qarşılanıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana