Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır
Bakı, 1 fevral, AZƏRTAC
Valideynlərin hüquqlarının məhdudlaşdırılması və valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia qaldırmaq hüququ olan şəxslər sırasına prokurorluq orqanları əlavə ediləcək.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin fevralın 1-də keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Sənəd layihəsi uşaq hüquqlarının müdafiəsinin dövlət təminatı istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Təqdim olunan dəyişikliklərdə valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia qaldırmaq hüququ olan şəxslər sırasına prokurorluq orqanlarının da əlavə edilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 10.10.2026 [17:48]
Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır
- 10.10.2026 [17:30]
Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR
- 10.10.2026 [16:26]