Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vasili Bodnar: Azərbaycan ilə strateji tərəfdaşlıq Ukraynanın şəksiz prioritetidir

Vasili Bodnar: Azərbaycan ilə strateji tərəfdaşlıq Ukraynanın şəksiz prioritetidir

Kiyev, 13 iyun, AZƏRTAC

Azərbaycan Ukraynanın xarici siyasətində mühüm yer tutur. Ukrayna Xarici İşlər nazirinin müavini Vasili Bodnar bu fikri AZƏRTAC-a məxsusi müsahibəsində söyləyib.

-Siz Ukrayna ilə Azərbaycan arasında münasibətlərin indiki səviyyəsini necə səciyyələndirərdiniz?

-Azərbaycan Ukraynanın strateji tərəfdaşıdır, buna görə də bizim ikitərəfli münasibətlərin xüsusi xarakter daşıması və Ukraynanın xarici siyasətində Azərbaycan Respublikasının mühüm yer tutması tamamilə təbiidir.

Hətta koronavirus pandemiyasının yayılmasına qarşı mübarizə şəraitində, bütün dünya öz sərhədlərini bağladığı, nəqliyyat əlaqələrini dayandırdığı bir vaxtda da biz Azərbaycan rəhbərliyi ilə ən yüksək səviyyədə müntəzəm siyasi dialoqu davam etdirməyə imkan tapırıq. Məsələn, son aylarda iki ölkənin prezidentləri arasında iki dəfə telefon söhbəti olub, bu söhbətlər zamanı həm COVID-19-un fəsadlarının aradan qaldırılması, həm də ikitərəfli əməkdaşlığın fəallaşdırılmasına yönəlmiş sonrakı addımlar barədə bir sıra mühüm məsələlər müzakirə edilib.

Ölkələrimizin Xarici İşlər nazirləri səviyyəsində fəal dialoq davam etdirilib. Onlar da telefon söhbəti zamanı keçən il dekabr ayında Ukrayna Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı əldə edilmiş razılaşmaların yerinə yetirilməsinin gedişini müzakirə ediblər.

Həmin razılaşmaların reallaşdırılmasının praktiki fazasına keçid məqsədilə bu ayın ikinci yarısında Ukrayna və Azərbaycan Xarici İşlər nazirlərinin müavinləri səviyyəsində videokonfrans formatında siyasi məsləhətləşmələr aparılması planlaşdırılıb. Həmin videokonfransda siyasi, iqtisadi-ticari, hərbi-texniki və digər sahələrdə ikitərəfli əməkdaşlığın prioritet istiqamətlərini müzakirə etmək nəzərdə tutulur.

-Pandemiya dövründə Azərbaycan ilə Ukraynanın əməkdaşlığı barədə nə deyə bilərsiniz?

-Biz hələ bu ilin yanvarında iki ölkə prezidentlərinin tapşırıqlarının icrası məqsədilə Kiyevdə Ukrayna-Azərbaycan iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasını keçirdik. Həmin iclasda Ukrayna-Azərbaycan iqtisadi əməkdaşlığının konkret gündəliyi dəqiq müəyyən edildi, bütün istiqamətlər üzrə razılaşmaların həyata keçirilməsinə dair fəaliyyət planı hazırlandı.

Koronavirus pandemiyası dövründə hökumətlərarası səviyyədə fəal əlaqələr davam edib. Məsələn, bu il mart ayında Ukrayna və Azərbaycanın hökumət başçıları səviyyəsində telefon söhbətində koronavirus pandemiyasının işgüzar fəallığa və iki ölkə arasında iqtisadi əməkdaşlığa mənfi təsirinin qarşısını almaq üzrə fəaliyyət məsələləri müzakirə edilib.

Pandemiyanın davam etdiyi qısa dövrdə ölkələrimiz arasında münasibətlərdə baş vermiş bir sıra əlamətdar hadisələri xüsusi qeyd etmək istərdim.

İlk növbədə, Ukraynada təxirəsalınmaz məsələlərin həlli üçün, o cümlədən Ukrayna vətəndaşları üçün zəruri dava-dərman və ukraynalı həkimlərin təhlükəsizliyi üçün xüsusi geyim sarıdan Azərbaycanın humanitar yardım göstərməsini qeyd etməliyəm.

Gömrük idarələri xətti ilə, o cümlədən ölkələrimiz arasında ticarət əməliyyatlarının və tranzit-nəqliyyat daşımalarının təmin edilməsi üzrə zəruri prosedurların həyata keçirilməsi, habelə ölkələrimizin vətəndaşlarının vətənə qayıtmaları üçün dövlət aviasiya xidmətlərinin qarşılıqlı fəaliyyəti davam edir.

GUAM-ın sahəvi qrupları çərçivəsində bir sıra onlayn konfranslar keçirilməsi də fərəhlə qeyd edilməlidir. Bu, xüsusən xarici ticarət, gömrükxana, təhlükəsizlik, nəqliyyat və turizm məsələlərinə aiddir.

İyunun 11-də Ukrayna Ticarət-Sənaye Palatasının və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşəbbüsü ilə “Ukrayna-Azərbaycan: qlobal dəyişikliklər dövründə iqtisadi əməkdaşlıq” mövzusunda onlayn görüş keçirilib.

-İki ölkə prezidentlərinin yaxın vaxtlarda keçirilmiş görüşlərində qarşılıqlı investisiyaların nisbətən artırılması, o cümlədən ticarətin genişləndirilməsi barədə müsbət fikirlər səslənmişdi. Bu ideyaların reallaşdırılmasına dair hansı təkliflər var?

-2020-ci ilin birinci rübünün yekunlarına əsasən Azərbaycanda Ukrayna mallarının həcminin fəal artması müşahidə olunur. Ərzaq qrupuna adi Ukrayna mallarının ənənəvi yüksək göstəriciləri ilə yanaşı yüksək texnologiyalı maşınqayırma məhsullarının həcminin artması meyili hiss edilir.

Eyni zamanda, Ukraynanın enerji bazarında energetik infrastrukturun və logistikanın, ukraynalı istehlakçılar üçün neft və qaz tədarükünün, neft emalı məhsulları ticarətinin inkişafı, karbohidrogenlərin kəşfiyyatı və hasilatı üzrə birgə işlər aparılması üçün SOCAR-ın fəaliyyətinin daha da genişləndirilməsi Ukraynanın maraqlarına uyğundur.

Energetika ilə yanaşı nəqliyyat, maşınqayırma, kimya sənayesi, aqrar-sənaye və müdafiə kompleksləri, turizm sahəsi də investisiya baxımından cəlbedicidir. Məsələn, Ukraynanın aparıcı müəssisələri yüksək texnologiyalar və mühəndis xidmətləri təqdim edilməsi yolu ilə Azərbaycanda gəmiqayırmanın, metro tikintisinin daha da inkişaf etdirilməsinə və kimya müəssisələri yaradılmasına kömək etməyə hazırdırlar.

Eyni zamanda, biz Ukrayna ərazisində iri kimya, neftayırma və nəqliyyat müəssisələrinin özəlləşdirilməsində Azərbaycan biznesinin fəal inkişafına ümid bəsləyirik.

Əminəm ki, hökumətlərarası səviyyədə qarşılıqlı fəaliyyətin davam etdirilməsi ölkələrimizin prezidentləri tərəfindən müəyyən edilmiş planların reallaşdırılması üçün əlverişli şərait yaradacaq.

-“Ukrayna-Türkiyə-Azərbaycan” formatında siyasi məsləhətləşmələr aparılması məsələsini necə qiymətləndirirsiniz?

-Mən əminəm ki, bu formatın böyük perspektivləri var, ona görə ki, bizdə bu cür tədbirlər keçirilməsi təcrübəsi mövcuddur. Məsələn, 2018-ci ildə Bakıda işgüzar səfərdə olarkən mən Xarici İşlər nazirlərinin müavinləri səviyyəsində Ukrayna-Azərbaycan-Türkiyə siyasi məsləhətləşmələrində iştirak etmişəm. Biz ölkələrimiz üçün qarşılıqlı maraq doğuran üçtərəfli əməkdaşlığın perspektivlərini müzakirə etdik.

Qeyd etmək istəyirəm ki, Ukrayna, Azərbaycan və Türkiyə iqtisadi və enerji sahələrində kooperasiya üçün çox zəngin potensial imkanlara malikdirlər. Bunu belə bir fakt da təsdiq edir ki, Ukrayna Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı “Cənub qaz dəhlizi” layihəsini bütünlüklə dəstəkləyir. Həmin layihənin köməyi ilə ölkəmiz gələcəkdə karbohidrogen mənbələrini və marşrutlarını şaxələndirmək, beləliklə bir tədarükçüdən alınan enerji resurslarından asılılığı minimuma endirmək imkanı qazana bilər.

Bundan əlavə, yuxarıda qeyd etdiyimiz siyasi məsləhətləşmələrin gündəliyində ən mühüm bənd suverenliyin və ərazi bütövlüyünün dəstəklənməsi məsələsidir. Hər iki ölkə beynəlxalq miqyasda tanınmış sərhədlər daxilində müvəqqəti işğal altında olan ərazilərin öz yurisdiksiyasına qaytarmaq məsələsində həmrəydir.

Ukrayna həm Azərbaycanla, həm də Türkiyə ilə ikitərəfli formatlarda müsbət qarşılıqlı fəaliyyət təcrübəsinə malikdir. Bununla əlaqədar mən qəti əminəm ki, ümumi səylərimizin birləşdirilməsi siyasi dividendlərin və iqtisadi preferensiyaların daha geniş spektrini əldə etməyə imkan verəcək.

Eyni zamanda, inamla deyə bilərəm ki, üçtərəfli “Ukrayna-Azərbaycan-Türkiyə” formatı beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, ATƏT və QDİƏT çərçivəsində əməkdaşlıq xətti ilə də bizim üçün perspektivlikdir. Bu isə regional təhlükəsizliyin təmin olunması üçün xüsusi əhəmiyyət kəsb edir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib