Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vaşinqtonda Şərq Tərəfdaşlığı barədə müzakirələr keçirilmişdir

Vaşinqton, 19 noyabr (AZƏRTAC). Noyabrın 28-29-da Litvanın paytaxtı Vilnüs şəhərində keçiriləcək Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə zirvə görüşü okeanın digər tayında da kifayət qədər geniş maraq doğurur və Vaşinqtonun siyasi və ictimai dairələrinin diqqət mərkəzindədir. Bu maraqları cavablandırmaq məqsədi ilə ABŞ-ın nüfuzlu araşdırma mərkəzlərindən olan “İrs Fondu” (Heritage Foundation) tərəfindən noyabrın 18-də “Şərq Tərəfdaşlığının Avropa İttifaqı ilə Assosiasiya Sazişləri” mövzusunda tədbir təşkil olunmuşdur. Avrasiya regionu üzrə geniş tədqiqatlara malik olan “İrs Fondu”nun aparıcı tədqiqatçısı Aryel Koeninin moderatorluq etdiyi müzakirələrin birinci hissəsində Şərq Tərəfdaşlığı ölkələrindən Ukraynanın səfiri Oleksandr Motsik, Gürcüstanın səfiri Arçil Qeqeşidze, Azərbaycanın səfiri Elin Süleymanov və eləcə də zirvə görüşünə ev sahibliyi edəcək Litvanın səfiri Jiqimantas Pavilionis çıxış etmişlər. Müzakirələrdə Ukrayna səfiri ölkəsində Avropa İttifaqına inteqrasiya, o cümlədən Assosiasiya Sazişinin imzalanması üzrə milli konsensusun mövcud olduğunu qeyd etmiş, Ukrayna xalqının müstəqillik illərinin ən mühüm dövrlərindən birini yaşadığını söyləmiş və həmin sazişlə bağlı açıq qalan məsələlərin tezliklə həll edilərək, onun Vilnüs zirvə görüşündə imzalanacağına inamını ifadə etmişdir.

Gürcüstan səfiri ölkəsinin Avratlantik məkana qatılmaq siyasətini davam etdirdiyini, Vilnüsdə paraflanacaq Assosiasiya Sazişinin Avropa İttifaqı ilə əməkdaşlıq sahəsində yeni bir səhifə açacağını və Gürcüstanın üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirmişdir.

Tədbirdə çıxış etmiş Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ölkəmizin Avropa İttifaqı ilə münasibətlərin inkişafında keçdiyi yola nəzər salmış, mövcud əlaqələrin yüksək səviyyəsindən danışmış və bu mənada, xüsusilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin iyununda Brüsselə səfərinə istinad etmişdir. Müxtəlif sahələrdə qabaqcıl inkişaf səviyyəsini təmin etmək məqsədi ilə Azərbaycanın Avropaya inteqrasiya seçiminə sadiq qaldığını deyən səfir E.Süleymanov ölkəmizin Şərq Tərəfdaşlığı çərçivəsində tədbirlərdə fəal iştirakı barədə məlumat vermişdir. Səfir Vilnüs zirvə görüşü zamanı Azərbaycan və Avropa İttifaqı arasında viza prosedurlarının asanlaşdırılması haqqında sazişin imzalanmasının gözləndiyini qeyd edərək, digər mühüm sənədlər üzərində işin davam etdiyini açıqlamışdır. O, həmçinin xatırlatmışdır ki, üzərinə götürdüyü öhdəlikləri hər zaman yerinə yetirən Azərbaycan bir qayda olaraq beynəlxalq sənədlərin razılaşdırılmasına böyük diqqətlə və öz milli maraqlarından çıxış edərək yanaşır. Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinə verdiyi töhfəni ayrıca olaraq vurğulayan səfir E.Süleymanov bu sahədə qarşılıqlı maraqlara əsaslanan məhsuldar əməkdaşlığı təqdir etmişdir. E.Süleymanov, həmçinin malik olduğu strateji mövqe, Qərb və Şərq arasında oynadığı körpü rolu və beynəlxalq əlaqələr sistemində məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycanın Avropa İttifaqının mühüm tərəfdaşı olduğunu ifadə etmişdir. O, bundan əlavə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə Avropa İttifaqının ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsi və münaqişənin nizamlanması üzrə prinsipial mövqe nümayiş etdirməsinin daşıdığı ümdə əhəmiyyəti önə çəkmişdir.

Litva səfiri öz növbəsində Vilnüs zirvə görüşünün tarixi əhəmiyyəti barədə fikirlərini bölüşərək, Avropa İttifaqının digər üzvləri ilə birlikdə Şərq Tərəfdaşlığının uğur qazanması üçün səylərini davam etdirdiklərini demiş və tərəfdaş ölkələrə bütün sahələrdə dəstək verməyə hazır olduqlarını açıqlamışdır. Səfir Jiqimantas Pavilionis ölkəmizdən bəhs edərkən, Avropa İttifaqı və Azərbaycanın qarşılıqlı olaraq bir-birinə ehtiyacı olduğunu göstərmişdir.

Qeyd etmək lazımdır ki, müzakirələr əsnasında Ermənistanın 3 illik danışıqlardan sonra Avropa İttifaqı ilə inteqrasiya prosesindən geri çəkilərək, Gömrük İttifaqına qoşulmaq qərarına dair müxtəlif şərhlər səsləndirilmişdir.

Müzakirələrə yekun vuran A.Koen Azərbaycandan danışarkən, ölkəmizdə demokratik dəyərlər və dünyəvi idarəçiliyin bir əsrlik tarixi köklərə malik olduğunu və o cümədən, Azərbaycanda qadınların bir çox Avropa ölkələrindən əvvəl səsvermə hüququ qazandığını xatırlatmışdır. O, həmçinin bir daha Azərbaycanın Avropa İttifaqına verə biləcəyi töhfələrdən söz açaraq, ölkəmizin strateji əhəmiyyətini vurğulamışdır.

“İrs Fondu”nun aparıcı tədqiqatçısı Ted Bromundun moderatorluq etdiyi ikinci hissədə Avropa Siyasəti Təhlili Mərkəzinin Tədqiqat üzrə direktoru Piter Doran, Gürcüstanın Yeni İqtisadiyyat Məktəbinin vitse- prezidenti Qia Janderi, “WilmerHale” beynəlxalq hüquq təşkilatının əməkdaşı Marik Strinq, “İrs Fondu”nun aparıcı tədqiqatçısı Aryel Koen Şərq Tərəfdaşlığına dair məruzələrlə çıxış etmişlər. Avropa İttifaqının əhəmiyyətini vurğulayan MakKeyn adına Beynəlxalq Liderlik İnstitutunun direktoru Kert Volker tədbiri öz çıxışı ilə yekunlaşdırmışdır.

Məruzəçilər tədbirə qatılmış müxtəlif dairələrin təmsilçilərindən ibarət iştirakçıların suallarını cavablandırmışlar. Tədbirin tam video yazısı ilə aşağıdakı internet səhifəsində tanışmaq olmaq mümkündür:

www.heritage.org/events/2013/11/eastern-partnership

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb

Milli Qurtuluş Günü - Dövlətçiliyin xilası, xalqın gələcəyə inamının bərpası və müstəqilliyin qorunması ŞƏRH

"Sabah"ın yeni idman direktorunun adı məlum olub

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ ŞƏRH

İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır

Yaxın Şərqdə sabitliyin bərpası dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Azərbaycan nümayəndə heyəti UNESCO-nun tədbirlərində iştirak üçün Parisə yollanıb

Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri

Myanma Prezidentinin Çinə səfəri başlayıb

Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Güclü istilər səbəbindən Fransanın nüvə elektrik stansiyalarında istehsal məhdudlaşdırıla bilər

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb

Bu saata olan əsas xəbərlər

Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

15 iyun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsidir – ŞƏRH

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

G7 sammiti: İqtisadi balanssızlıqlar, Ukrayna müharibəsi və Yaxın Şərq böhranı

Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla tamamlanıb

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Ərdoğan: ABŞ ilə İran arasında əldə olunan saziş regionda sülh və sabitlik yolunda mühüm hadisədir

Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub

Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən mühüm və dönüş yaradan səhifələrindən biridir - ŞƏRH

Milli Kitabxanada “15 İyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

Qəbələdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır VİDEO

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir VİDEO

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb VİDEO

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

15 iyun Azərbaycan xalqının dövlətçilik iradəsinin və dövlət quruculuğu strategiyasının təntənəsini ifadə edən tarixi gündür

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb VİDEO

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb VİDEO

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur VİDEO

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur VİDEO

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb VİDEO

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb VİDEO

İncəsənət məktəbləri və mərkəzlərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır VİDEO

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır VİDEO

Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır VİDEO

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır VİDEO

“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2 VİDEO

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2 VİDEO

Böyük Qayıdışdan Qurtuluşa aparan yol

Dünya çempionatı: İsveç millisi dünya çempionatında ilk oyununa inamlı qələbə ilə başlayıb

NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər

Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı

15 İyun - Müasir Azərbaycanın xilası və böyük inkişaf yolunun başlanğıcı

Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Kot-d’İvuar millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib