Vəliəhd şahzadənin “Mançestr Yunayted” klubunu almaq istəməsi barədə məlumat təkzib edilib
Ər-Riyad, 18 fevral, AZƏRTAC
Səudiyyə Ərəbistanının informasiya naziri Turki əl-Şaban vəliəhd şahzadə Məhəmməd bin Salmanın guya İngiltərənin “Mançestr Yunayted” klubunu almaq niyyətində olması barədə daha əvvəl bir sıra dünya KİV-lərinin yaydığı məlumatı təkzib edib.
İnformasiya naziri “Тwitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsinin ingilis klubunu almaq istəməsi barədə informasiya həqiqətə tamamilə ziddir.
AZƏRTAC xəbər verir ki, nazirin sözlərinə görə, əslində “Mançestr Yunayted” klubunun rəhbərliyi sponsorluq imkanlarını müzakirə etmək üçün Səudiyyə Ərəbistanı İnvestisiya Fondunun nümayəndələri ilə görüşüb, lakin bu məsələ ilə bağlı razılığa gəlmək mümkün olmayıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [17:15]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [16:18]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]
III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub
- 10.10.2026 [13:21]
Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur
- 10.10.2026 [11:39]